Ələsgər Məmmədli: "Rusiyanın təbliğat mediasının Azərbaycanda yayılması qadağan olunmalıdır"
29-03-2022 [13:56]
"Rusiya dövlətinin maliyyələşdirdiyi təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır".
Bunu açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycanda rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir: “Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən kanallarının Azərbaycanda fəaliyyəti ilə bağlı məsələni bir neçə il öncə Milli Televiziya və Radio Şurasının qərarlarından birini tənqid edərkən demişdim. O zaman şura Rusiyanın 110 kanalının Azərbaycanda kabel televiziyaları ilə yayımını tövsiyə etmişdi. O kanalların böyük əksəriyyəti də Rusiyanın aqressiv və anti-Azərbaycan təbliğatı ilə məşğuldur. İstər "ORT", istər "Rusiya 24" kanalları olsun. Rusiyaya məxsus müxtəlif televiziyalar sistemli şəkildə Azərbaycan həqiqətlərini təhrif edir, erməniləri, işğalçıları və separatçıları dəstəkləyən verilişlər yayır. Təəssüf ki, həmin dövrdə rəsmi qurumlar Azərbaycanın maraqlarına zidd qərar verdilər. Bu tip məsələdə tövsiyə edirdilər ki, bu kanallar, lisenziya alan kabel televiziyalar Rusiya kanallarını yaysınlar. Bu da kifayət qədər ciddi problemdir və faktiki olaraq, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məsələlərdən biridir. Çünki Azərbaycanda rusdilli insan çoxdur, nəinki ingiliscə”.

Ələsgər Məmmədli
Hüquqşünas hesab edir ki, rusdilli kanallar ölkəmizdə Rusiyayönümlü təbliğatın yayılmasına gətirib çıxarır: “Bununla bağlı əslində gecikmişik. Gərək çoxdan addım atılardı. Əlbəttə, mən informasiya azadlığı anlayışını qəbul edirəm. Peyk və ya internet vasitəsilə kim hansı kanalı istəyir, baxsın. Amma dövlətin lisenziyalaşdırdığı resurslardan istifadə edən yayımçılar bu tip təbliğat resurslarının Azərbaycanda rahat yayımlanmasına imkan verilməməlidir”.
Ə.Məmmədli bildirib ki, bu tip təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır: “Həm də rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir. Bu, çox ciddi məsələdir və fəsadlarını hələ irəlidə görəcəyik. Adicə Ukraynada baş verən hadisədə bir tərəf Rusiyanın aqressiv siyasətini, digər tərəf Ukraynanın haqlı mübarizəsini dəstəkləyir. Faktiki olaraq rus təbliğatına uyan və onu burada davam etdirən rusdilli, rusca təhsil almış, Rusiya ilə yatıb-qalxan, gündəmi Rusiya ilə izləyən xeyli sayda Azərbaycan vətəndaşı formalaşıb. Burada həm televiziya, həm media resurslarının, həm də təhsilin böyük rolu var”/Report.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb