VİTSE-SPİKERDƏN RAMİZ MEHDİYEVİN BARƏSİNDƏ ŞOK İTTİHAMLAR: "Onun gizli saxladığı xeyli mətləb var..."
11-02-2022 [16:00]
Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi istefaya səsləyənlərin sayı artır.
Onlar Mehdiyevi intriqaçılıqda, elmi mühiti korlamaqda ittiham edirlər. R.Mehdiyev isə onu istefaya səsləyənlər haqda ağır ifadələr istifadə edib, deputatları saxta yolla seçilməkdə ittiham edib.
AMEA Mətbuat xidmətinin adından yayılan açıqlamada onu tənqid edənlərə qarşı “avtobus, yaxud cib müxalifəti” sözləri işlədilib. Milli Məclisin deputatlarına “ənənəvi növbətçi trollar” deyilib.
Mia.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev də AMEA prezidentinə cavab verib. O, “Qafqazinfo”ya göndərdiyi açıqlamasında bunları deyib:
“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev fəaliyyəti ilə bağlı haqlı irad və suallara cavab vermək əvəzinə, nifrət və kin püskürür. Artıq neçənci dəfədir ki, elm ocağının saytından şəxsi məqsədləri üçün istifadə edərək xoşuna gəlməyən ictimai xadimləri, akademikləri, millət vəkillərini hədəf seçir, onların “saxta seçilmələrindən” danışıb, radikal müxalifətin dili ilə “avtobus müxalifəti” kimi terminlərdən istifadə edir”.
O qeyd edib ki, R. Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub:
“Maraqlıdır, Ramiz Mehdiyevin hansısa millət vəkilinin seçilməsi və ya ümumilikdə seçkilərin nəticələrinə dair iradı var idisə, bunu Prezident Administrasiyasına rəhbər olduğu dövrdə niyə bildirmir və qarşısını almırdı? Axı seçki komissiyalarının formalaşmasında onun birbaşa iştirakı olub. Seçki nəticələrindən şikayətçi olan ayrı-ayrı namizədlərin Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Ramiz Mehdiyev isə radikal müxalifətin dili ilə demək istəyir ki, Azərbaycanda seçkilər saxtalaşdırılıb. Şəxsən öz adıma deyirəm ki, 2005-ci ildən bu yana parlament seçkilərində iştirak edirəm, necə seçildiyimi dairəmdə yaşayan soydaşlarımdan öyrənə bilər.
Hər bir dövlət strukturu kimi parlamentin fəaliyyəti də tənqid oluna bilər. Ancaq illər boyu müxtəlif dövlət vəzifələrində çalışan birisinin Azərbaycanın qanunverici orqanına ləkə salmaq istəyini qətiyyətlə rədd edirəm. Cənab Mehdiyev tənqidçilərini bir-bir hədəf seçməkdənsə illərdir yığılan suallara cavab versin. Keçmiş illərdə internet üzərində xeyli populyarlıq qazanan “atvyorka Ramiz” ləqəbinə aydınlıq gətirsin. Saxtakarlıqdan danışan birisinin vaxtilə eks-deputatlardan birinin ona diplomatda çatdırıldığı deyilən rüşvətlə bağlı suala cavab versin. O zaman məsələdən yayındı, heç olmazsa indi məsələnin mahiyyətində nəyin dayandığını ictimaiyyətə izah etsin. İzah etmirsə, demək, məsələnin aydınlaşdırılmasında marağı yoxdur. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə əvvəlcə əlbir olan, daha sonra ona tələ quran da həmin Ramiz Mehdiyev idi. Elşad Abdullayevin qardaşının müəmmalı itkisində, meyidinin tapılmaması ilə bağlı suallar bu gün də aktualdır. Bu hadisə ilə bağlı Türkiyəyə qaçırılan Sevinc Babayeva adlı şəxsin zəhərlənərək öldürülməsi, Daxili İşlər Nazirliyində reket yuvası yaradan Hacı Məmmədov və onunla əlbir olanlar haqqında da Ramiz Mehdiyevin gizli saxladığı xeyli mətləb var. Ramiz Mehdiyev Prezident Administrasiyasından Daxili İşlər Nazirliyinin işinə də təsir edir, orada tərəfdar qrupu formalaşdırır, paqonlu dostlarını ətrafında toplayırdı. Böyük müəssisəyə rəhbərlik edən Zülfüqarov qardaşlarının müflis edilməsi, onların zavodlarının reket yoluyla əllərindən alınması və öz qohumu Rasim Məmmədovu həmin zavoda direktor təyin edilməsi “əməliyyatının” arxasında da Ramiz Mehdiyev dayanır. Bu məsələdə ədalət yerini tapıb, həbs edilən Rasim Məmmədov məhkəmə qarşısında cavab verəcək. İnanıram ki, Ramiz Mehdiyevin koordinə etdiyi başqa cinayətlərin də üstü yaxın müddətdə açılacaq”.
Adil Əliyevin sözlərinə görə, Ramiz Mehdiyev vaxtilə mətbuatı saymayıb: ““Quyruğu qapı arasında qaldığına görə” hazırda xarici radiostansiyalara üz tutub. Həmin radiolardan birinə verdiyi son müsahibədə ünvanına edilən tənqidlərə cavab olaraq deyib ki, “insan təbiəti naqisdir”. Ramiz Mehdiyevi bilmirəm, keçmişində və bugünündə ləkəsi olmayan insan naqis ola bilməz. Ramiz Mehdiyev bu ifadə ilə hamımızı, o cümlədən torpaqlarımızın azad olunmasında şəhid olan qəhrəmanlarımızı təhqir etmiş olur. Azərbaycanda naqis insanlar varsa, onların liderliyinə əsas iddiaçılardan biri, heç şübhəsiz, Ramiz Mehdiyev olar.
Ramiz Mehdiyevin Elmlər Akademiyasının rəhbərliyindən uzaqlaşdırılmasına çağıranlara mən də qoşuluram. Akademiyada ciddi islahatlara, yeniliklərə, elmi ixtiralara ehtiyac var. Ramiz Mehdiyevin kriminal düşüncəsi yeniliklərə böyük səddir. Cənab Mehdiyev, istefa verin, ahıl yaşda kreslodan ikiəlli yapışmayın, imkan verin Elmlər Akademiyası adına uyğun fəaliyyətini bərpa etsin. Akademiyada qalsaz da, qalmasaz da, törətdiyiniz əməllərə görə cavab verməli olacaqsınız”.
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir