Bahəddin Həziyev Mətbuat Şurasından istefa verdi: "Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm"
06-02-2022 [14:43]
"Bizimyol" saytının baş redaktoru Bahəddin HəziyevMətbuat Şurasından istefa verib.
Mia.az xəbər evrir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
Bildirib ki, artıq Mətbuat Şurasının sədri Əflatun Amaşova belə bir məzminda istefa ərizəsi ünvanlayıb:
"2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı.
Ancaq qərara gəlmişəm ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 4-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.
Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!"
O, həmçinin bildirib ki, Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb