Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-01-2022 [00:03]
Qoç - müstəqil çalışmaq çətindir, amma geri çəkilməyin. Yardıma və ya sadəcə, dəstəyə ehtiyacınız var. Mürəkkəb problemlər və maneələr yaranacaq. Onları çözmək üçün ənənəvi fəaliyyət sxemlərinə riayət edin. Təlimatları və qaydaları qulaqardına vurmayın.
Günün ikinci yarısında alış-veriş etmək olar. Texnika alarkən ehtiyatlı olun.
Şəxsi münasibətlərdə irəliləyişə nail olmaq üçün yaxşı gündür. Mövqelərinizi möhkəmləndirin. Yaxınlarınızı yeni uğurlara ruhlandırın. Əl-ələ versəniz, bütün çətinliklərin öhdəsindən gələcəksiniz.
Buğa - enerjili, aktiv olun. Təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirməyə hazır olun. Psixoloji durumunuzu yaxşılaşdıracaq məqamlardan yararlanın. Alış-veriş üçün günün ilk yarısı daha əlverişlidir.
Günün ikinci yarısında yaxınlarınızın dəstəyi, sevdiyiniz insanla ünsiyyət ailə problemlərinin həllində təkana çevriləcək. Bununla belə, ailə üzvlərindən birinin əhvalının pisləşəcəyi istisna deyil.
Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə və rasionunuza fikir verin.
Əkizlər - günün ilk yarısında başladığınız işlərin axarı istədiyiniz kimi olmayacaq. İşlər çoxdur, nəfəs dərməyə imkan yoxdur. Situasiyanın ağırlaşması, durumun dəyişməsi sizi nevroz insana çevirməməlidir.
Günün ikinci yarısında adi günlərlə müqayisədə daha çox çalışmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Aktivliyi azaldın. Yaxınlarınızla münasibətləri saf-çürük etməyin zamanı deyil.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - yaxın ətrafınızdakı insanlarla passiv təmaslarda olmayın. Onların istəklərini və maraqlarını nəzərə alın. Səfərə çıxanda yaxşı hazırlaşın. Kiçik detalları nəzərdən qaçırmayın. Səhiyyə, kommunikasiya və ya kommersiya sahələrindən birində fəaliyyət göstərirsinizsə, işləriniz uğurlu olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi dəyişikliklər olmayacaq. Dəyər verdiyiniz insanlar sizi anlayacaq, dəyər verəcəklər. Fiziki təmrinlərlə məşğul olun, güc və çevikliyinizi artırın.
Şir - günün ilk yarısı maliyyə əməliyyatları üçün əlverişlidir. Yaxşı gəlir əldə etmək, uzun müddətdən gözlədiyiniz ödənişin reallaşdırılması istisna deyil. Borcları qaytarmaq, hesabları bağlamaq olar.
Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında məişət problemləri sizinlə bahəm, yaxınlarınız və ailə üzvlərinizin də başlarını ağrıdacaq. Birgə qərarlar problemlərin həllinə imkan verəcək, çətinliklərin aradan qaldırılması prosesini asanlaşdıracaq.
Axşam saatlarında izafi sentimentallığa qapılmayın.
Qız - ən çətin situasiyalarda aqressiv, qaba və kobud olun. Soyuqqanlı, təmkinli davranın. İnadkarlıq, məqsədə aparan yolda bütün vasitələrdən istifadə etmək istəyi yalnız işlərə ziyan vura bilər. Həmkarlarınızla, gərəkli insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında sədləri enerjili şəkildə, aktiv dəf edin. Xaotik davranış problemlərin həll yolu deyil. Eyni vaxtda bir neçə işə başlasanız, uğursuzluğa düçar olacaqsınız. Sevdiyiniz insanla münasibətlər ciddi, önəmli müzakirə tələb edir.
Tərəzi - mühüm saydığınız işlərin gedişatını bir neçə dəfə yoxlamaqdan çəkinməyin. Fəaliyyətinizdə ən kiçik detalları nəzərdən qaçırmayın. Çoxdan başladığınız, hazırda məşğul olduğunuz məsələ ilə bağlı situasiyaya dəyişikliklər etmək, yenilikləri reallaşdırmaq mümkündür.
Təfərrüatlı, ciddi şəkildə, amma sürətlə çalışmaq gərəkdir.
Dəyər verdiyiniz insanlarla təmaslarda günün ikinci yarısında qıcıqlı, hirsli olmayın. Sizi laqeyd insan kimi də tanımamalıdırlar. Əhvalınızı yaxşılaşdırmaq üçün vəziyyətdən istifadə edin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - günün əsas məsələsi görüləsi işləri dəqiq müəyyənləşdirmək, sonra da planı ciddi şəkildə, aramla həyata keçirməkdir. İkinci dərəcəli işlərə diqqəti yayındırmayın. İdeyalarınızı praktikada yoxlayın. Eksperimentlər zəif yerlərinizi, mövqelərinizdəki boşluqları aşkarlamağa imkan verəcək.
Günün ikinci yarısında zəruri informasiyanı əldə edin. Məlumat mübadiləsində xeyir var.
Axşam saatlarını yaxınlarınızla keçirin. Açıq söhbət sevdiyiniz insanı daha yaxşı anlamağa təkan olacaq.
Oxatan - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
Oğlaq - günün ilk yarısı çətinliklərdən xali deyil. Amma prioritetləri dürüst müəyyələşdirsəniz, etibar edə biləcəyiniz müttəfiqləri tapa bilsəniz, uğur əldə edə bilərsiniz. Müstəqil fəaliyyət göstərmək fikrinə düşsəniz, çətin olacaq. Sədləri növbə ilə dəf edin.
Günün ikinci yarısında yorula bilərsiniz.
Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün pis gün deyil. Axşam saatlarında sevdiyiniz şəxs və ya köhnə dostla görüş, ailəvi tədbir üçün əlverişlidir.
Qəfil hədiyyələr ola bilər.
Dolça - günün ilk yarısında süst, apatik olmayın. Öhdənizə düşən işləri vaxtında görün, heç nəyi yarımçıq qoymayın. Çətin problemlərin çözülməsi üçün xüsusi biliklər və bacarıqlar gərəkdir. Fəaliyyət planını yeniləyin. Yeni müttəfiqlər arayın. Önəmli məsələləri unutmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahənizdən uzaq olan insanlara sirrlərinizi açmayın. Elə məqamlar var ki, onları ən yaxın insanlara da demək məsləhət deyil. Əhvalınızın korlanmaması, səhhətinizdə fəsadların yaranmaması üçün rejimə və rasiona fikir verin.
Axşam saatlarını evdən kənarda keçirin.
Balıqlar - əhəmiyyətli irəliləyiş istəyirsinizsə, əvvəlcədən hazırlanmış fəaliyyət planınız olmalıdır. Situasiyadakı dəyişikliklərə rəğmən bu plandan bir addım da geri çəkilməyin.
Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq. Onların arasında indiyədək sizə təmənnasız yardım edən, dəstək olan insanlar da yer alacaqlar.
Günün ikinci yarısında tənqidə həddən artıq həssas olmayın. Hər irada adi günlərlə müqayisədə aqressiv reaksiya verməyin. Ən kiçik zarafatdan inciməyin.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov