TƏQVİM İLİ...
04-01-2022 [11:23]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Hər il dekabr ayının sonuna yaxınlaşdıqca yeni ilin qeyd olunması haqqında müzakirələr yenidən gündəmə gəlir.
Dekabrın 31-də qeyd olunan yeni ilə gərək vardırmı? Doğrudan da deyildiyi kimi yeni il xristian bayramıdırmı?
Biz demək olar ki, hər il bu barədə yazırıq, ancaq düşüncələr dəyişmir ki, dəyişmir. Bu baxımdan əsas iddialara aydınlıq gətirməyə ehtiyac hiss edirik.
1. Yeni ilin dəyişməsi xristianların keçirdiyi mərasimdir;
Təbiidir ki, bu əsas iddiadır. Ancaq nəzərə almaq lazımdır ki, yeni il əgər bu anlamı daşımışsa da, bu gün artıq konkret təqvim ilidir. Öz mahiyyətini dəyişmiş, dünya xalqlarının miladi təqvimlə gedən bütün toplumlarında ilin dəyişməsi, yenilənmə mərasiminə çevrilmişdir. Bu bayramda xristian atributlarına aid heç nə yoxdur. Kilsə ayinləri keçirilmir və ya təqlid olunmur. Bu baxımdan yeni ildə qeyd olunan dekabrın son günü heç də iddia edildiyi kimi İsa əleyhissəlamın miladı olaraq özünü göstərmir, təqvim ilinin qeyd olunması kimi diqqət çəkir. Əgər bu bayram dini mərasim kimi keçirilsəydi, o zaman bu bayramda şaxta baba, qar qız və s. bu kimi obrazlar olmaz, yalnız kilsə tədbirlərinə bənzər tədbirlər olardı. Ancaq biz bu bayramda bunları görmürük.
Biz eyni zamanda yeni ili keçirərkən heç də dönüb xristian görüşlü birinə çevrilmirik. Onu da qeyd edək ki, əgər bu bayram İsa peyğəmbərin mövludu olaraq qeyd olunarsa, xaçpərəst görüşlərinə uyğun deyilsə, keçirilməsində heç bir qəbahət olmaz. Çünki İsa peyğəmbər ən üstün məqam qazanan və kitab təbliğ edən rəsullardan biridir.
Yeni il İsa peyğəmbərin mövludu ilə bağlı keçirilmirsə, keçirilməsində yenə də heç bir qəbahət yoxdur. Çünki yeni təqvim ilidir. Miladi təqvimlə gedən ölkələr il dəyişməsini qeyd edirlər.
Bu gün biz miladi deyil, hicri təqvimdə olsaydıq ilimiz bitəndə onu da qeyd edəcəkdik. Ümumiyyətlə inanclı insanlar hicri təqvimə xüsusi duyğu bəsləyirlər. Bunu inkar etmək olnaz. Çünki hicri təqvimi sevgili peyğəmbərimiz və onun yaxın əshablarının Məkkədən Mədinəyə hicrəti günü əsasında qurulmuşdur. Bu baxımdan hicri təqvimə də sayğı müslimanların borcudur. Ancaq bu gün miladi təqvimlə gedən ölkələr il bitdiyində təbiidir ki, yeni ilin gəlişini məntiqi baxımdan qeyd edirlər. Ümumiyyətlə əgər haram əməllər yoxdursa, ilin qeyd olunması, uğur və xoşbəxtlik dilənməsi, dua və alqış edilməsi heç bir halda günah sayıla bilməz. Günah olan əməlləri il boyu həyata keçirib il dəyişməsində birdən-birə insanların dindar mövqeyinə keçməsi və yeni ili qeyd edənləri mömin sifətiylə ittiham etməsi o qədər də anlaşılan deyil.
Yeni il körpələrin, uşaqların sevincidir. Həmin günlərdə onlar daha çox diqqət görür, daha çox hədiyyə alır, könülləri daha çox şad olur. Belə bir sevinci onların əlindən almağa heç kimin haqqı yoxdur. Əslində il dəyişikliyi elə onların sevinci, onların bayramıdır. Bu baxımdan xaçpərəstliklə heç bir əlaqəsi yoxdur. İnsan olmaqla, könül sevindirməklə, yardım etməklə əlaqəsi vardır. Elə şaxta baba da bu baxımdan uşaq könlünə sevinc gətirən semantik obrazdır.
2. Müslimanlarda iki bayram anlayışı;
Aydındır ki, müslimanlıqda əsas etibarilə iki bayram vardır. Qurban və Ramazan bayramları bir bayram ovqatı daşımaqla bunu təsdiq edir. Ümumiyyətlə bayram bir gün deyil, mərhələli prosesdir. İnsanlarda buna hazırlıq prosesi gedir və bayrama qədər olan dövr kamilləşmə prosesidir. Elə bu cəhətdən Qurban bayramı 10 gün, Ramazan bayramı üçün bir ay hazırlıq gedir. Bunun üçün müəyyən mərhələlərdən keçilir. Təbiidir ki, bunu heç kim inkar etmir. Ancaq təqvim ilinin qeyd olunması heç bir bayrama zidd deyil. Bunun üçün toplumda ixtilaf yaratmağa və müqayisə aparmağa ehtiyac yoxdur.
Sözün iki başı olur: mənfi və müsbət, düz və tərs. Əgər bir anlayışa etiraz olunursa, demək onun tərsi meydana çıxır. Bu baxımdan yeni ilin keçirilməməsi və “yeni iliniz mübarəkdir” deyilməməsi tələb olunursa, o zaman bu şəkildə tərs anlayış meydana gəlir ki, yeni iliniz mübarək olmasın. “Mübarək” sözü bərəkətli
olmaq anlamında işlənir. Aydındır ki, mübarək demək Uca Allahdan bərəkət diləməkdir. Elə bu səbəbdən də yeni ili qeyd etmək və yeni il diləkləri ilə çıxış etmək çox əhəmiyyətli davranış tərzidir. Ümumiyyətlə, bəzi hürufatçılar elə əvvəlki illərdə də bu yeni ilin bizim olmadığını və onu keçirməyin yanlışlığını iddia etmişlər. Ancaq unutmaq lazım deyil ki, biz ilimizi milad tarixi ilə keçiririk. Buna görə də yeni ilə keçirik. Keçdiyimiz yeni ildə də diləklərimizi və arzularımızı qeyd etmək çox məntiqlidir. Əgər təqvim etibarilə hicri təqvim ilə getməli olarsaq, o zaman onun da qeyd edilməsi çox məntiqli olardı. Bundan əlavə qeyd etdiyimiz kimi, iddia olunur ki, yeni il İsa əleyhissəlamın mövludu ilə bağlıdır. Əgər bu belədirsə, İsa peyğəmbərin mövludunu keçirmək də nöqsan deyil. Çünki İsa peyğəmbər də digər peyğəmbərlər kimi İslamda ən üstün məqama malik olan, kitab gələn peyğəmbər olaraq qəbul olunur. Bir sözlə, əgər yeni il İsa peyğəmbərin mövludu ilə bağlıdırsa, onu qeyd etməkdə heç bir nöqsan yoxdur. Əgər mövludu ilə bağlı deyilsə, yeni təqvim ilidir, yenə də qeyd olunmasında qüsur axtarmaq mənasızdır. Ancaq təkrar olaraq diqqət çəkdiyimiz bu kontekstdə qeyd etməmək olmur ki, biz təqvim dəyişikliyində heç də mövlud keçirmir, yalnız olduğumuz ilin dəyişməsini hətta ən müasir anlayışlara uyğun şəkildə həyata keçiririk. Buna görə də hər il bu mövzuda mübahisə açmaq çox gərəksiz və yersizdir.
Son olaraq qeyd edək ki, qarşıdan gələn yeni ili qeyd etmək, topluma, millətə və ailəyə gözəl diləklərlə üz tutmaq mübahdır. Əsas odur ki, bu ifrat səviyyədə əxlaq çərçivəsindən kənara çıxmasın. Bu da onsuz da yalnız yeni ildə deyil, hər zaman qüvvədə olan ehkamdır. Vətənimizin və millətimizin gözü aydın olsun, şəhidlərimizin şəhadəti mübarək, qazilərimizin diləkləri gerçək olsun. Bütün sevənlərimizə Uca Allah can sağlığı, uğur və xoşbəxtlik nəsib etsin, Yeni iliniz mübarək olsun İnşəllah. Amin!
Alim olan yalnız Uca Allahdır!
Mia.az
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub