BDU rektorunun müaşvirini və komendatı bıçaqlayan şəxs: "5 dəfə rektora müraciət etdim ki, maaşımı qaldırın..."
23-12-2021 [17:44]
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyev ifadə verib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dindirilən təqsirləndirilən şəxs bildirib ki, 11 il BDU-da ağac sexində işləyib.
İ.Mirzəyev deyib ki, 2019-cu ildə universitetə yeni rəhbərlik gələndən sonra onu ərizə ilə başqa işə keçiriblər: “Yeni işdə maaş az idi. Mən də 5 dəfə rektora müraciət etdim ki, maaşımı qaldırsınlar. Söylədilər ki, struktur dəyişiklikləri olacaq, sonra maaşım nomallaşacaq. Sexdəki avadanlıqlar da mənimdir. Mirzə Mirzəyevə bildirdim ki, 2 ildi gözləyirəm, amma maaşında irəliləyiş yoxdu. Mübahisəmiz düşdü, sonra onu bıçaqla vurdum. Təcili yardım maşını çağırdım, Polis Bölməsinə könüllü təslim oldum. Əməlimdən peşmanam".
Daha sonra zərərçəkmiş qismində BDU-nun rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev ifadə verib: “İsmixan maliyyə problemləri ilə bağlı yanıma gəlirdi. Onun müraciətini rektora məruz elədim. Dedim ki, struktur dəyişiliyi zaman ştat cədvədi açılanda maaşı artırılacaq. Onunla başqa ünsiyyətim olmayıb. Sonra İsmixanla mübahisəmiz oldu, bıçaqla məni vurdu”.
Digər zərərçəkmiş Şahlar Bəgalıyev dindirilərək bildirib ki, 1990-cı ildən BDU-da komendant işləyib. O, hadisənin necə baş verdiyindən danışıb: “Mirzə müəllimin otağına gəldim. Gördüm ki, İsmixan Mirzə müəllimi yıxıb. Onun qabağına keçəndə məni də vurdu. Düşünməzdim ki, onun əlində bıçaq ola. İsmixandan şikayətçi deyiləm”.
Məhkəmənin növbəti iclası 2022-ci il yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, bu ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb