Avropa çempionunun atası məhkəmədə ifadə verdi, öldürülənin anası etiraz etdi: "Oğlunu uzun müddət istintaqdan gizlətdi..." - Bakıda gecə klubunda qətl
20-12-2021 [17:19]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Nadir Muxtarov ifadə verib.
O bildirib ki, oğlu sərbəst güləş üzrə Avropa çempionu olub: “Mən özüm də məşqçiyəm. Mərhum Böyükağa Əliyev bir nəfərlə mənim yamıma məşq eləmək üçün gəldi. Danışdıq, getdilər. Bir neçə gündən sonra qətl hadisəsi baş verdi. Hadisənin səhəri günü bu barədə məlumatı polisdən eşitdim. Sonra 3 nəfər gəlib məni apardı.
Hadisə barədə maraqlandım. Dedilər ki, dava düşüb və oğlum adam bıçaqlayıb. Oğlum İbrahimi da görə bilmədim. Çünki o, Gürcüstana getmişdi. Daha əvvəl də oğlum adam bıçaqladığı üçün tutulmuşdu və cəzasını çəkəndən sonra azadlığa buraxılmışdı”.
Daha sonra qətlə yetirilən şəxsin anası deyib ki, N.Muxtarov oğlunu həm də istintaqdan gizlədib: "Heç olmasa o, hadisə barədə və oğlunun harda olmasını deyərdi. Bizə heç nə demədi. Oğlunu da uzun müddət istintaqdan gizlətdi. Mənim oğlumu tanıyırdı. Çünki oğlum onun yanında işləyirdi. Burada düz danışmadı. Nadir Muxtarov bir dəfə mənim qapıma başsağlığına gəlmədi".
Məhkəmədə şahid qismində Cavanşir Əliyev də dindirilib. O, hadisədən əvvəl restoranda olduğunu, qətl barədə isə səhəri gün eşitdiyini deyib: “İbrahim səhər mənə zəng elədi, xahiş etdi ki, Bərdəyə gedək. Oradan qayıdanda mənə dedi ki, belə bir hadisə olub, bir nəfər onu söyüb, sonra bıçaqlayıb”.
Növbəti proses 2022-ci ilin yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb