Rasim Əkbərovu bıçaqlayan şəxs... - Məhkəmə prosesi bu tarixdə başlayır
16-12-2021 [15:52]
Goranboydakı N saylı hərbi hissənin komandiri olmuş və Qarabağ döyüşlərindəki xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Rasim Əkbərova qarşı sui-qəsd ilə əlaqədar məhkəmə prosesi başlayır.
Sabiq Milli Qəhrəmanı yaralamaqda ittiham olunan Xaliq Məmmədovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılacaq.
Məlumatda bildirilir ki, dekabrın 28-də bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Xaliq Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. O bildirib ki, yaxın qohumu olan qadına qarşı baş verənlərə görə Rasim Əkbərovu bıçaqla vurub. Hadisə sentyabrın 8-də Goranboy şəhərində baş verib.
6 bıçaq zərbəsilə xəsarət alan 64 yaşlı Rasim Əkbərov Gəncədəki xəstəxanaya yerləşdirilib.
Rasim Əkbərov 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, 1 yanvar 1994-cü ildə isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bir neçə il sonra dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Rasim Əkbərova 15 il cəza kəsilib. Həmçinin mərhum prezident Heydər Əliyev 2001-ci ildə onun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum olunması barədə fərman imzalayıb.
Rasim Əkbərov 2008-ci ildə əfv sərəncamıyla həbsdən buraxılıb. Azadlığa çıxandan sonra onun doğulduğu Goranboy rayonunda bizneslə məşğul olduğu bildirilir.
Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub. Qayınatası Səfiyar Musayev isə Milli Məclisin keçmiş deputatı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı olub. O, həm də “91-lər”dən (1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalı) biri olub/Meydan.tv.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır