Universitetin şöbə müdiri hakim qarşısında: şahidlər ifadələr verdi
13-12-2021 [14:20]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-ya əlavə-qiyabi təhsil almaq üçün müraciət edən Dinara Əliyeva ifadə verib.
O bildirib ki, D.Əliyeva 3 illik əlavə təhsil üçün ondan 6 min manat, sənədləşmə işləri üçün isə 100 manat alıb: "Dürdanə Əliyeva mənə dedi ki, əvvəl Rusiyada təhsil alacam, sonra bura küçürüləcəm. Məni aldadacağını düşünüməyərək əlimdə olan bütün pulumu ona verdim".
Daha sonra şahid qismində ixtisasartırma üçün universitetə müraciət edən Rəhimə Səfərovanın anası Nailə İsmayılova dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs ondan 2 200 manat pul istəyib, qızı isə 1 000 manat verib: "Pulu şəxsən ona verməyimizi istədi. Qızım 1 il oxudu, amma diplom vermədilər".
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil almış Turanə Səbzəliyeva isə ixtisasartırma üçün BSU-ya müraciət etdiyini və "Azərbaycan dili-Ədəbiyyat müəllimi ixtisası üzrə təhsil almaq istədiyini deyib: "Dürdanə Əliyeva məndən təhsil ödənişi üçün 1 200 manat pul istədi. Dedi ki, bankomat işləmir, buna görə pulu ona verim. Mən də inandım".
Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlərin olduğunu bildirib. İclasda şahidin əvvəlki ifadəsi elan olunub.
T.Səbzəliyeva müstəntiqə verdiyi ifadəsində deyib ki, D.Əliyeva ona 1 300 manat verməli olduğunu söyləyib. Həmin pulu da o, iki dəfəyə verib.
Şahidin ifadəsi zamanı son olaraq bəlli olub ki, 1 200 manatı iki dəfəyə verib, bunun da 700 manatı hesaba keçib, 500 manatı isə keçməyib.
Şahid Lalə Abbaszadə isə ixtisasartırma üçün təqsirləndirilən şəxsə 1 200 manat verdiyini deyib.
Şahid qeyd edib ki, D.Əliyeva ona universitetdə ödəniş terminalı işləmədiyini, buna görə də pulu ona verdiyini bildirib.
Növbəti proses dekabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb..
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır