Ramiz Rövşənin “Özün öz yolunsan...” şeirlər kitabı ingilis dilində çap edilib - FOTO
03-12-2021 [22:30]
Xalq şairi Ramiz Rövşənin You Are Your Own Way (“Özün öz yolunsan...”) adlı şeirlər kitabı “Mütərcim” Nəşriyyat Evi tərəfindən ingilis dilində çap edilib.
Mia.az xəbər verir ki, şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib.
Tərcüməçi kitaba “Ön söz” də yazıb. Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.
44 seçilmiş şeirdən ibarət topluya Xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri, o cümlədən, “Qara paltarlı qadın” (Woman In A Black Dress), “Vətən” (Homeland), “Hirs” (The Anger), “İlan balası” (The Young Snake), “Göy üzü daş saxlamaz” (The Sky Holds No Stone), “Şam” (Candle), “Əllərimin yuvası” (The Nest Of My Hands), “Son görüş” (The Last Meeting), “Azad Qadın heykəli” (Free Woman Monument), “Ölü dəniz” (The Dead Sea), “Nə var Allahdan yuxarı?” (What Is Above God?), “Ayrılıq” (Parting), “Biz şirin yuxudaydıq” (We Were In A Sweet Sleep), “Kölgə” (Shadow) və s. şeirləri daxil edilib.
Kitabda Xalq şairi haqqında qısa avtobioqrafik məlumat da verilir: müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub, Suraxanı rayonundakı 208 saylı şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, daha sonra isə Moskva Ali Senari Kurslarını bitirib.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnalı studiyasında redaktor, senarist, kinostudiyanın baş redaktoru və daha sonra isə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində işləyib. “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları”, “Gedək biz olmayan yerə”, “Yağışlı nəğmə”, “Sevgi məktubu kimi” və başqa şeirlər kitabının müəllifidir. Ramiz Rövşənin senariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikasında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Belarus, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Şair 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb. Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
“Müasir Azərbaycan Poeziyası ingilis dilində” seriyası ilə çap olunan növbəti kitabın nəşrində məqsəd türk dünyasının tanınmış nümayəndəsini, onun yaradıcılığından seçilən poetik nümunələri beynəlxalq aləmdə təşviq etməkdir, milli mədəni sərvətimizin bir parçası sayılan poetik düşüncə tərzimizi dünyanın bir nömrəli dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, - deyə layihə rəhbəri K. Nəzirli müxbirimizə bildirib.
Kitaba “Ön söz” yazan K. Nəzirlinin sözlərinə görə, müasir ədəbiyyatımızın canlı klassiklərindən biri Ramiz Rövşən bənzərsiz şairdir. “O, milli poetik düşüncəmizin əbədi və canlı abidəsidir. “Ön söz”də də qeyd etdiyim kimi, biz dünya miqyaslı bu unikal istedad sahibini dünyaya tanıtmalıyıq, onun poetik və akademik vergisinin sərhədləri sonsuzdur. Ramiz Rövşənin şeirləri ağrılarla dolu heyrətedici müsiqidir, sevinc və kədər musiqisidir... Sözləri, obrazları, süjetləri, göz yaşları içində gülüşləri, bir sözlə, dünyanın içi və çölü haqqında fəlsəfi düşüncələri bir-birini tamamlamaqla harmoniya və ritm vəhdəti yaradır, təbii unikallıqdır. O, adi insan gözlərinin görə bilmədiyi dərinlikləri görməyi, duymağı və onları sərrast poetik sözlə mükəmməl ifadə etməyi bacaran şairdir. İnanıram ki, kitaba daxil etdiyim poetik nümunələr ingilisdilli oxucuların böyük marağına səbəb olacaq...”
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub