"Xəzər Xəbər"in aparıcısından işdən çıxarılmasına etiraz: "Sonuna kimi hüququmu müdafiə edəcəyəm"
02-12-2021 [17:08]
"Xəzər" televiziyasının əməkdaşı və "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyeva işindən ayrılıb. Aparıcı qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.
Mia.az xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan aparıcının özü məlumat verib.
O, hansı səbəbdən işdən çıxarıldığını bilmir:
“Hələ gedib əmri götürməliyəm. İşdən çıxarılmağım üçün tutarlı səbəb yoxdur. Sadəcə olaraq mənə xəbər verildi ki, Murad müəllim məni işdən çıxarıb. Ümumi 15 il iş təcrübəm var. Xəzər televiziyasında isə 6 ildir ki, çalışıram. Təbii ki, arada anlaşılmazlıqlar olub. Amma rəhbərlikdən bu anlaşılmazlığa görə işdən azad olunmağımı demirlər”.
İki aydır xəbərdən və efirdən uzaqlaşdırıldığını deyən aparıcı ona göstərilən bu münasibətin də səbəbsiz olduğunu bildirib: “Sadəcə işdə adım gedib. Bilirsiniz ki, kifayət qədər sevilən və tanınan aparıcıyam. Məni xəbərdən kənarlaşdırmaq üçün ciddi bir səbəb olmalı idi. Bu səbəb isə ortada yoxdur. İki aydır mənə yeni layihələri gözləmək vədi verilirdi və “Səhər ”verilişində olmalıydım. Sonra “Səhər” verilişində başqa aparıcı oldu. Yenidən həmin verilişə qaytarılacağımı dedilər. Bir sözlə, onlardan cavab gözləyirdim ki, işdən çıxarıldım”.
Aparıcı ona edilən haqsız addımla bağlı sonadək gedəcəyini deyib:
“Düşünürəm ki, bu, mənə qarşı haqsız mövqedir. Sonuna kimi hüququmu müdafiə edəcəyəm. Düzdür, bu söhbətdən sonra "Xəzər" televiziyasında qalmağı belə düşünmürəm. Sadəcə olaraq, mənim kimi aparıcıya belə bir addımın atılmasını qəbul etməyəcəyəm. Mənə elə gəlir ki, bu, ədalətsizlikdir və mütləq buna qarşı tədbir görülməlidir”.
Adının açıqlanmasını istəməyən "Xəzər" televiziyasının rəsmisinin sözlərinə görə isə, hər şey qanun çərçivəsində baş verib və aparıcının əmək müqaviləsinə dekabrın 1-dən xitam verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb