Xanımı etiraz etdi, Teatr rəhbərliyi açıqlama yaydı - Aktyor Novruz Qartalla bağlı
01-12-2021 [21:45]
Akademik Musiqili Teatr aktyor Novruz Əliyevlə (Qartal) bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, açıqlamada deyilir:
"Son vaxtlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.
Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir".
Xatırladaq ki, bu gün Npvruz Qartalın xanımı açıqlama verərək, teatr rəhbərliyini həyat yoldaşı ilə maraqlanmadığını bəyan edib: "Əməliyyatdan sonra vəziyyəti dəyişməyib. Həkimlər dedi, aparın evə, müalicəsini ev şəraitində davam etdirsin. Biz də gətirdik. İndi bütün ümidlər Allahıdır. Novruz Qartal neçə gündür xəstəxanada, indi də ev şəraitində canı ilə əlləşir, bir adam, işlədiyi teatrın rəhbəri, sözü keçən xalq artistlərinin biri onunla maraqlanmayıb, səhhətini soruşmayıb. Elə bil belə bir aktyor yoxmuş”.
Qeyd edək ki, N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.
"İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib. Teatrın kollektivi hər vaxt qocaman aktyorun yanındadır. Teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər", - açıqlamada qeyd edilir.
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov