İcra başçısının nümayəndəsi Ata Abdullayevin məhkəməsində: "Maaşa baxan adamam, gücüm ancaq ona çatırdı ki..."
30-11-2021 [11:38]
Özünü video-bloger kimi təqdim edən Ata Abdullayevin şantajla pul istədiyi iddia olunan şəxslərdən biri də Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdur.
Bir müddət öncə məhkəməyə məktub göndərib, səhhətindəki problemlərə görə gələ bilməyəcəyini deyən icra nümayəndəsi haqda məcburi gətirilmə qərarı çıxarılmışdı.
Mia.az xəbər verir ki, bu üzdən o, noyabrın 30-da Ata Abdullayevin məhkəməsinə gəlib.
Zərərçəkmiş qismində ifadə verən Şahlar Həsənov bildirib ki, 2020-ci il sentyabrın əvvəlində ona zəng edib, Ata Abdullayevin Masazırda məişət tullantılarının daşınmamasıyla bağlı canlı yayımda video paylaşdığını deyiblər. O, işçilərlə birlikdə dərhal həmin əraziyə gedib:
“Həqiqətən də orada artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Bildirdim ki, burada məişət tullantıları yoxdur, evlərdəki təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Ata Abdullayev özü də canlı yayında da yığışdırıldığını etiraf etdi. Masazır ölkədə ən ağır kəndlərdən biridi, 100 minə yaxın əhali yaşayır. İstismar müddəti başa çatmış texnikadır, cəmi 4 maşın var. Ata Abdullayev sakitləşmədi, çəkilişləri mütəmadi davam etdirirdi. Mənə zəng eləyirdi. Bir gün onunla görüşüb, vəziyyəti izah etdim. Xahiş elədim ki, bu işləri dayandırsın. Tez-tez çəkilislərdə rayon rəhbərliyinin adını hallandırırdı. Ona bununla bağlı irad bildirəndə dedi ki, o arvad (Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova) bizi saymır…”
İcra nümayəndəsinin sözlərinə görə, Ata Abdullayev ondan əvvəl 10 min manat tələb edib, sonra məbləği 6 min manata endirib:
“Ona dedim ki, ay kişi, nə danışırsan? gündə 50-60 arayış verirəm, bax, gör birindən 1 manat gəlirim varsa, onda sən deyən məbləğ məndə olardı. Mən maaşa baxan adamam. Həm də niyə verməliydim axı? Dedim ki, gücüm, ancaq sənə bir quzu kəsdirib verməyə çatar. Ona da razılaşmayıb etiraz etdi. Mən də məcbur olub, DTX-ya şikayət elədim. Qərəzim olsa, deyərəm ki, 6 min manatı vermişəm, amma verməmişəm axı…”
İcra nümayəndəsinin sözlərinə görə, iki gün əvvəl Ata Abdullayevin anası onun evinə gəlib, örpəyini onun ayağına atıb, oğlundan şikayətçi olmamasını istəyib:
“O ananı gördüm, üç gündür özümə gələ bilmirəm. Yaylığını ayağıma atdı. Dedim ki, ay ana, niyə vaxtında ona demirdiniz ki, belə işlər eləmə?”
Şahlar Həsənov əlavə edib ki, məişət tullantılarının daşınması üçün texnika çatışmazlığı ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət edib.
Ata Abdullayev isə bildirib ki, Şahlar Həsənovun dedikləri cəfəngiyyatdır, o, icra nümayəndəsindən pul tələb etməyib. Heç canlı yayımlarda da onun adını çəkməyib:
“Şahlar əmi, bu qədər məmur tanıyıram, amma sizə başqa hörmətim var. Şəhidlərimizin, ulu öndərimizin ruhu mənim üçün müqəddəsdir. Atamın, cavan qardaşımın ruhuna and olsun, iki yetim uşağa baxıram. Allaha and olsun ki bu deyilənlər cəfəngiyyatdır. Bir dənə fakt yoxdur. Mən də deyə bilərəm ki, siz məndən 6 min manat pul istəmisiz. Sübut olmalıdır axı. Bir videoçəkilişiniz varmı? İndi 1992-93-cü illər deyil, o qədər avadanlıq var ki. Niyə mən pul istəyəndə çəkməmisiz? Mən çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Mən demişəm ki, “İradə Gülməmmədova, diqqət yetirin…” Baxın, Naxçıvandan bir şikayət gəlmir. Anam da Şahlar Həsənovun yanına onun xəstə olmasına görə gedib. Çünki, o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi”.
Ata Abdullayevin vəkili icra nümayəndəsindən soruşub ki, bu qədər polis idarəsi, prokurorluq qala-qala niyə məhz DTX-ya müraciət edib? Onun cavabı belə olub: “Bu, mənim konstitusion hüququmdur”.
İcra nümayəndəsi məhkəməyə Ata Abdullayevdən şikayətçi olması barədə ərizə təqdim edib. Cəza məsələsini isə məhkəmənin səlahiyyətinə buraxıb. Əlavə edib ki, səhhəti ilə əlaqədar müalicəyə getməlidir, ona görə daha məhkəməyə gələ bilməyəcək:
“Mən bura gələndə düşünürdüm ki, bəlkə səhvini etiraf edər, amma burada başqa şeyin şahidi oldum. Ona görə şikayətçiyəm…”
İcra nümayəndəsi əlavə edib ki, oğlu 44 günlük müharibə zamanı yaralanıb: “Heç kim inanmırdı ki, mənim oğlum müharibəyə gedib. Hələ də belində qəlpə var. Cənab prezident ona 4 medal verdi”.
Ata Abdullayevin məhkəməsi dekabrın 7-də davam edəcək.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb