Qayınanasını öldürən, arvadı və daha bir qohumuna xəsarət yetirən şəxs hakim qarşısında - Prokuror həmkarının cəzalandırılmasını tələb etdi
29-11-2021 [14:26]
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı Zaur Qasımov vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən İ.Hüseynovun Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4, 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Eyni zamanda Z.Qasımov məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin (CPM) tələblərinin kobud surətdə pozulmasına yol verən Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, III dərəcəli hüquqşünas barəsində xüsusi qərar çıxarılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddətinin 1 ay uzadılmasını istəyib.
Prokuror vəsatətini onunla əsaslandırıb ki, təqsirləndirilən şəxsin zərərçəkmiş qismində tanınan azyaşlı oğluna qanuni nümayəndə təyin edilməsi təmin olunmayıb, həmçinin məhkəmə tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş Sədaqət İbadullayevanın ölümünün səbəbi müəyyən edilsə də, İ.Hüseynova verilmiş ittihamda S.İbadullayevanın ölümünün səbəbi göstərilməyib.
Bundan başqa, istintaq zamanı təyin edilən Məhkəmə-Tibbi Ekspertizasının rəyi ilə zərərçəkmiş şəxsin bədəni üzərində 10 ədəd bədən xəsarətinin olması müəyyən edilsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin cəmi 8 ədəd xəsarət alması qeyd edilib.
Məhkəmənin qərarında deyilir ki, Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas cinayət işi üzrə CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərini kobud surətdə pozduğundan onun barəsində müvafiq tədbirlərin görülməsi üçün Baş prokurora məlumat verilsin.
Eyni zamanda, qərarın surəti Baş prokurora göndərilsin: “Görülən tədbirlər barədə 30 gündən gec olmayaraq məhkəməyə məlumat verilsin”.
Qeyd edək ki, hadisə bu il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Rayon porkurorluğunun yaydığı məlumata görə, həmin gün kənd sakini S.İbadullayeva qətlə yetirilib.
İstintaqla zərərçəkmişin kürəkəni İ.Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S.İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı Mahizər Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat