Məşhur iş adamı hakim qarşısında - Milyonluq cinayət işində nələr var?
23-11-2021 [14:21]
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən, əlavə şahid qismində “İdeal Kompani”nidə direktor müavini olmuş Elvin Məmmədov dindirilib.
O, İ.İsmayılovun “Şəhər bağları”ndakı mənzili 1 milyona alınmasını 100 min manat və 900 min manat olmaqla iki dəfəyə ödənilməsini təsdiq edən “Razılaşma”ya təqsirləndirilən şəxs tərəfindən imza atdığını təsdiqləyib.
Belə ki, İ.İsmayılova qarşı “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı ittiham irəli sürülüb.
Müdafiə tərəfinin məhkəməyə bununla bağlı təqdim etdiyi “Razılaşma” adlı sənəddə isə qeyd edilib ki həmin mənzil 280 min manata deyil, 1 milyon manata alınıb və bu məbləğ 2013-cü ilin aprel ayında ödənilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili İlhamə Həsənova deyib ki, şirkətin xəzinəsinə İ.İsmayılovun 2013-2014-cü illərdə müvafiq olaraq 1,5 milyon, 500 min, 736 min, 320 min və 687 min manat - ümumilikdə 3 milyon 743 min manatın köçürdüyünü sübut edən gündəlik kassa hesabatları var. O, həmin kassa hesabatlarını məhkəməyə təqdim edib.
Vəkil bildirib ki, həmin məbləğlərlə bağlı mədaxil qəbzləri də məhkəməyə təqdim edilib: “Məhkəmədə dindirilən mühasib Samirə Quliyeva da təsdiqlədi ki, İlqar İsmayılovun adına bankdan götürülmüş kredit şirkətin kassasına mədaxil olunub. İstintaqda kreditin ödənişi üçün çıxarılan vəsaitlər hesablanıb, amma köçürülən vəsaitlər yox. Bu sənədlər sübut edir ki, İlqar İsmayılov şirkətə dəfələrlə çox vəsait mədaxil edib”.
Prokuror və zərərçəkmişin nümayəndəsi sənədlərin iş materiallarına əlavə olunmasını istəməyib. Lakin məhkəmə vəsatəti təmin edib və sənədlərin işə əlavə olunmasına qərar verilib.
Daha sonra İ.İsmayılov məhkəmə iclasında protokolları ilə tanış olmaq üçün məhkəməyə ərizə təqdim edib. Məhkəmə ona protokollarla tanış olmaq üçün şərait yaradılmasına göstəriş verib.
Proses noyabrın 29-da davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR