Dünya çempionatı: Türkiyə, Uels və Ukrayna pley-offda, Fransa, Belçika, Hollandiya finala vəsiqə qazandı - VİDEO
17-11-2021 [09:49]
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
Mia.az xəbər verir ki, X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Səfərdə inamlı hesablı qələbə qazanan Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv Finlandiyanı qabaqlayaraq qrup 2-cisi olub və pley-offa adlayıb.
E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniyanı məğlub edib. Qrupda 2-ci yeri tutan britaniyalılar pley-offa yüksəliblər. Çexiyalılar isə daha əvvəl UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin edib.
Gecənin ən maraqlı oyunları G qrupunda gerçəkləşib. Niderland millisi evdə Norveçə son dəqiqə qolları ilə qalib gəlib. Digər önəmli matçda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1. Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib.
Bu nəticələrdən sonra qrupu 1-ci sırada tamamlayan "narıncılar" final mərhələsinə, "ay-ulduzlular" isə pley-offa vəsiqə əldə edib.
DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr
D qrupu
23:45. Finlandiya - Fransa - 0:2
Qollar: Kərim Benzema, 66. Kilian Mbappe, 76
23:45. Bosniya və Herseqovina - Ukrayna - 0:2
Qollar: Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79
Xal durumu: Fransa - 18, Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.
E qrupu
23:45. Uels - Belçika - 1:1
Qollar: Kiffer Mur, 32 - Kevin De Brüyne, 12
23:45. Çexiya - Estoniya - 2:0
Qollar: Yakub Brabets, 59, Yan Sikora, 85
Xal durumu: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3.
G qrupu
23:45. Cəbəllütariq - Latviya - 1:3
Qollar: Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75
23:45. Monteneqro - Türkiyə - 1:2
Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60
23:45. Niderland - Norveç - 2:0
Qollar: Stiven Berqveyn, 84, Memfis Depay, 90+1
Xal durumu: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ