VÜQAR SƏFƏRLİNİN MƏHKƏMƏSİNDƏ GƏRGİNLİK: "Vicdanın olsun, sən 32 milyonu hardan alıb ödəmisən?"
11-11-2021 [19:18]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Səbail rayonu Bibiheybət qəsəbəsində sahə rəisi işləyən təqsirləndirilən şəxs Namiq Hacıyev ifadə verib.
N.Hacıyev ifadəsində özünü verilən ittihamla günahkar hesab etmədiyini bildirərək layihə əsasında ona verilən göstərişləri yerinə yetirdiyini deyib:
"Layihə sənədlərinə uyğun olaraq öz işimi icra etmişəm. Tikinti zamanı bir dəfə belə bir hal oldu ki, iki blok üçün beton verilməmişdi. Bununla bağlı sifarişçiyə məktub yazdıq. Ordan bizə dedilər ki, onu əvəzləmək üçün parket əvəzinə laminatdan istifadə ediləcək. Bununla da beton və armatur çatışmazlığı həll olunacaq.
Bundan başqa, bir dəfə də binada pəncərə altlarına mərmər vurulmalı idi. Ustalar dedi ki, mərmər orada sınıb-töküləcək. Sonra pəncərəaltlarına plastik vuruldu. Həmin mərməri isə liftlərin yanına vurduq. Yəni yeyinti olmadı".
İfadə verən təqsirləndirilən şəxs Ədalət Vəliyev bildirib ki, o "Portos" MMC-nin direktoru işləyib: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əmək haqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb oxuya bilmirəm, heç nədən xəbərim yoxdur".
Daha sonra hakim sual vermək üçün barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədova söz verib. Nadir Məmmədovla Ədalət Vəliyevin üzləşməsi zamanı məhkəmədə mübahisəli anlar yaşanıb.
N.Məmmədovun işə düzələn zaman səni "Asan Xidmət"ə kim aparıb sualına Ədalət Vəliyev "siz aparmısınız" deyə cavab verib.
Bu cavabdan sonra Nadir Vəliyev əsəblərini cilovlaya bilməyib: "Yalan deyirsən, sən mənimlə gedə bilməzdin. Vicdanın olsun! Sənə göstəriş verən adam mənimlə danışmamağı tapşırmışdı. Sən 32 milyonu hardan alıb ödəmisən?"
Ədalət Vəliyev isə ziyan əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini deyib.
Vəkillərin "həmin əmlak səndə haradan idi, əmlak harada yerləşir?" suallarına isə Ə.Vəliyev cavab verə bilməyib.
Proses noyabrın 12-si davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb