Rövnəq Abdullayev bp-nin prezidenti ilə bir araya gəldi: nələr müzakirə edilib?
11-11-2021 [17:41]
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp-nin prezidenti Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bp nümayəndələri ilə görüşünün əhəmiyyətini vurğulayan R.Abdullayev, iki şirkət arasında əlaqələrin müsbət dinamikasından söz açıb. Pandemiyanın müsbətə doğru dəyişdiyi nəzərə alınaraq, bir sıra birgə layihələrin daha da sürətləndirilməsi imkanlarının ətraflı müzakirə edildiyi görüşdə xüsusi olaraq, mövcud yataqların dayanıqlı şəkildə işlənməsini təmin etmək, yeni yataqların kəşf olunması istiqamətində birgə səyləri, eləcə də hər iki şirkətin pay sahibi olduğu boru kəmərlərinin istismarını səmərəli şəkildə davam etdirmək kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə bildirilib ki, uzun illər Azərbaycanla əməkdaşlıq edən bp şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihəni SOCAR və bp şirkətinin vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlaması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.
B.Luni rəhbərlik etdiyi şirkətin Azərbaycan və SOCAR ilə münasibətlərinin çox sıx, səmimi və səmərəli olduğunu, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modelinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 il müddətində uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard barel neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. bp-nin prezidenti biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu vurğulayıb. Qonaq həmçinin, Azərbaycanla əməkdaşlığı daim şirkətin dayağı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsinin bp-nin biznes maraqları ilə uzlaşdığını nəzərə çatdırıb.
Xatırladaq ki, BP və tərəfdaşları Azərbaycanda ilk Hasilatın Pay Bölgüsü Sazişini SOCAR-la 1994-cü ildə ''Azəri'', ''Çıraq'' yataqlarının və ''Günəşli'' (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıb, bununla da həmin sazişin müddətini 2049-cu ilin sonuna qədər uzadılıb. SOCAR və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək, “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə edib.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ