Sosial xərclər niyə azaldılır? - Nazirdən açıqlama
10-11-2021 [12:05]
Maliyyə naziri Samir Şərifov gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % az – 3,566 milyard manat nəzərdə tutulmasına münasibət bildirib.
O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində danışıb.
“Bu vəsait ilk növbədə 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453 milyon manat və yaxud 14,6% çoxdur. Bu ilin təsdiq olumuş proqnozu ilə müqayisədə azalma isə büdcənin sosial müdafiə və sosial təminatla bağlı öhdəliklərin qarşılanması üçün ayrılan vəsaitlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin azaldılması hesabına deyil, növbəti ildə əməkhaqqının artımı hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə artımın olacağı ilə bağlıdır. Ölkə prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu, həm də sosial yığımları artıracaq və son nəticədə DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün dövlət büdcəsindən nisbətən az vəsaitin ayrılmasına ehtiyac olacaq”, - nazir deyib/Report.
Nazir əlavə edib ki, məcburi dövlət sosial sığorta sahəsində inzibatçılığın artırılması, ölkədə qeyri-formal məşğulluğun azaldılması və əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində nəzarət tədbirlərinin həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), həm də İqtisadiyyat Nazirliyi tərəfindən gücləndirilməsi sığorta haqlarının yığılmasına müsbət təsir edib: "Bununla da, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsitin 486 milyon manat və yaxud 29,8 % azaldılmasına, Fondun xərclərinin isə 161 milyon manat və yaxud 3,1 % artırılmasına nail olunub".
MİA.AZ
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO