"Manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, bir gün mütləq ucuzlaşacaq” - Ekspertdən Elman Rüstəmovun açıqlamasına reaksiya
29-10-2021 [13:27]
“Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur”.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək, hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.
Mövcud şəraitlə bağlı ölkədə inflyasiya gözləntisi nədir və AMB sədrinin devalvasiya ilə proqnozları nə dərəcədə inandırıcıdır?
Mia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Mərkəzi Bank uçot dərəcəsini artırıb, buna səbəb kimi də inflyasiyanın azadılması cəhdi göstərilib:

“Mərkəzi Bankın uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması məlumdur, məmləkətdə iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsi ilə qiymət artımının qarşısını almaq mümkün deyil.
Azərbaycanda inflyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tədbiqi, inhisarçılıq, rəqabətsiz mühit və korrupsiyadır. Uçot dərəcəsinin artması təkcə kredit faizlərini yüksəldəcək, zatən çox yüksəkdir. Biznes üçün yüksələn faizlər tam tərsi olaraq onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq - deməli, əksinə, inflyasiya yüksələcək”.
AMB sədrinin məzənnə ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, ekspert bu dəfə Elman Rüstəmovun haqlı olduğunu deyir:
“Yaxın aylarda - bu, 1-2 il də ola bilər, neftdən asılıdır- məzənnə dəyişikliyi olmayacaq. Nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur. Amma AMB sədri də bilir ki, uzun zaman sabit və inzibatı məzənnə rejimini saxlamaq mümkün deyil, günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq”.
İranda 19 əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO