Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 8-ci iclasının Protokolu imzalanıb
27-10-2021 [17:54]
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının videokonfrans formatında 8-ci iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikası kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi (nazir səviyyəsində) Yuy Tzyanhua iclasa sədrlik ediblər.
Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq Azərbaycan-Çin əlaqələrinin qədim və zəngin ənənələrə malik olduğunu bildirdi. Vurğuladı ki, ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri dövlət başçılarımızın səyləri ilə hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Xüsusilə qeyd edildi ki, cari ilin iyun ayında baş tutmuş telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğunu bildiriblər.
İqtisadi-ticari əlaqələrə toxunan Baş nazirin müavini post-pandemiya dövründə mövcud potensialın reallaşdırılması sayəsində bu sahədə əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminliyini ifadə etdi.
Çin şirkətlərini və investisiya fondlarını Azərbaycanda yaradılan sənaye zonalarına sərmayə yatırmağa dəvət edən Baş nazirin müavini Azərbaycan tərəfinin bu məsələdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu ifadə etdi. Ələt Azad İqtisadi Zonasının, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının bu baxımdan cəlbediciliyi diqqətə çatdırıldı.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanla Çin arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini vurğuladı.
Diqqətə çatdırıldı ki, bütün bu layihələr Çin Xalq Respublikasının “Kəmər və yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünü rəsmi şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğu məmnunluqla bildirildi.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geniş imkanlara toxunularaq xüsusilə də Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyət kəsb etdiyi vurğulandı, onun "Kəmər və yol" layihəsinə də mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.
Rəqəmsal transformasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edildi. Ş.Mustafayev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusi vurğuladı, şirkətin ən qabaqcıl texnologiyalarını işğaldan azad olunmuş ərazilərdə tətbiq etməsinin böyük məmnunluq hissi doğurduğunu bildirdi.
Baş nazirin müavini, həmçinin Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və emalı məhsullarının Çinə ixrac imkanlarına toxundu, qeyri-neft sektoru üzrə ixrac baxımından Çin bazarının ölkəmiz üçün çox cəlbedici olduğunu bildirdi.
İki ölkə arasında humanitar sahədə uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, mədəniyyət, elm, təhsil və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə səylərin vacibliyi vurğulandı. Azərbaycanın Tayhu Dünya Mədəniyyət Forumunda yüksək səviyyədə iştirak etdiyi bildirildi, budəfəki tədbir çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlaması məmnunluqla qeyd edildi.
Ş.Mustafayev, həmçinin COVID-19 pandemiyasının ilk günlərindən Azərbaycan və Çinin nümayiş etdirdiyi həmrəyliyi və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdi, koronavirus xəstəliyi ilə mübarizə məqsədilə ölkəmizə göstərilən dəstəyə görə Çin Hökumətinə və xalqına minnətdarlıq ifadə etdi.
Çin Xalq Respublikası kommersiya nazirinin müavini Yuy Tzyanhua Çinin Azərbaycan ilə iqtisadi-ticari əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğuladı. Qeyd edildi ki, Çin “Kəmər və Yol” layihəsinin reallaşdırılması baxımından Azərbaycanı mühüm tərəfdaş hesab edir.
Y.Tzyanhua iki ölkə arasında elektron ticarət və investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupların yaradılmasını və infrastruktur sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasını təklif etdi.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın davamlı inkişafının təmin edilməsi üçün birgə səylərin davam etdiriləcəyinə ümidvarlıq ifadə olundu.
Y.Tzyanhua investisiya sahəsində əməkdaşlığın potensialının dərindən araşdırılmasının vacibliyini qeyd etdi. Bildirildi ki, Çin tərəfi Çin müəssisələrinin Azərbaycanda külək və digər bərpa olunan enerji, “ağıllı” şəhərlərdə rəqəmsal inkişaf, informasiya-kommunikasiya texnologiyaları və rabitə, sənaye parkları və digər sahələri əhatə edən layihələrdə iştirakının təşviq edilməsinə hazırdır.
Y.Tzyanhua Çinin Azərbaycanla koronavirus xəstəliyinə qarşı mübarizədə, eyni zamanda tibb və səhiyyə sahələrində uğurlu əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu dedi. Qeyd edildi ki, Çin vaksin, dərman və tibb ləvazimatlarının Azərbaycana ixracını davam etdirməyə hazırdır.
Bildirildi ki, Çin ikitərəfli ticarətin şaxələndirilməsi məqsədilə Azərbaycandan yüksək keyfiyyətli məhsulların idxalında maraqlıdır.
İclasda ikitərəfli ticarətin genişləndirilməsi, investisiyalar, rabitə və yüksək texnologiyalar, nəqliyyat daşımaları və logistika, həmçinin COVID-19-la mübarizə, tibb və səhiyyə sahələrində əməkdaşlığa dair məruzələr dinlənildi, təqdimatlar oldu. İki ölkə arasında iqtisadi-ticari, nəqliyyat-tranzit, enerji, kənd təsərrüfatı, rəqəmsal inkişaf, turizm, mədəniyyət, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edildi.
Sonda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 8-ci iclasının Protokolu imzalanıb.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO