Həbsdə olan iş adamının vəsatəti qəbul edildi
26-10-2021 [16:00]
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi və elan olunması ilə davam edib.
Prosesdə İ.İsmayılovun vəkilləri İlhamə Həsənova ilə Rəşad Əliyev məhkəməyə vəsatətlər təqdim ediblər.
Müdafiəçilər bildiriblər ki, “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatları adlı məlumatlar yaddaş kartına köçürülərək cinayət işi materiallarına əlavə edilib.
Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqının gedişində məhkəməyə İ.İsmayılov tərəfindən “İdeal Kompani”nin kassasına 18 mart 2014-cü ildə mədaxil edilmiş 1 milyon 13 min 528 manat, 02 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22.10.2014-cü il tarixdə 1 milyon 500 min, 01.08.2013-cü il tarixdə 939 800 ABŞ dolları ödənilməsi ilə bağlı sənədlər təqdim edib.
“Bundan başqa, məhkəmədə şahid qismində dindirilən mühasib Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi - inkassator Həbib Qarayev həmin məbləğlərin İlqar İsmayılovun adından “İdeal Kompani”nin kassasına mədaxil etdiyini təsdiqləyiblər. İttiham tərəfi İlqar İsmayılovu “İdeal”dan 680 min manat mənimsəmədə ittiham edir. Lakin təqdim edilən sənədlərdən görünür ki, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunmuşdur”, - vəkil İ.Həsənova bildirib.
O vəsatətində xahiş edib ki, iş materiallarında olan yaddaş kartına köçürülən şirkətin gündəlik kassa əməliyyatlarında həmin məbləğlərin mədaxil olduğu günlərə baxış keçirilsin və məsələ məhkəmədə araşdırılsın: “Həmin vəsaitlərin köçürülməsi təsdiqini taparsa, İlqar İsmayılova qarşı mənmisəmə ittihamı öz əhəmiyyətini itirir və buna görə də ona bəraət verilməlidir”.
Məhkəmə vəsatəti təmin edərək, növbəti iclasda yaddaş kartına baxış keçirilməsinə qərar verib.
Müdafiə tərəfi digər vəsatətində deyib ki, İ.İsmayılova qarşı ittihamlardan biri də “İdeal Kompani” MMC-dən 1 iyun 2013-cü ildə 280 min manat məxaric edilərək “Şəhər bağları”nda mənzil alınması ilə bağlıdır: “Bu ittiham da tamamilə əsassızdır və həmin məbləğ “İdeal Kompani” üçün icarə haqqı olaraq ödənilməsi üçün çıxarılmışdır və bunu təkzib edən sübutu – ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı məhkəməyə təqdim edirik. Sənəddə qeyd edilir ki, həmin mənzil 23 aprel 2013-cü ildə sözügedən mənzil İlqar İsmayılov tərəfindən 280 min manata deyil, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”.
Vəkil İ.Həsənova həmin sənədi imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahil edib.
Məhkəmə vəsatətin müzakirəsini növbəti iclasa saxlayıb.
Vəkil İ.İsmayılovun digər ortağının nümayəndəsi Fuad Əliyevin də məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.
İ.İsmayılov da vəsatəti dəstəkləyib.
Proses noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib/Report.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO