"Hasilat Sənayesində Şəffaflıq” portalının təqdimat mərasimi keçirilib
19-10-2021 [17:47]
Bu gün Dövlət Statistika Komitəsində (DSK) “Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Komitənin sədri Tahir Budaqov, energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.
Qeyd olunub ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib, 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabatı açıqlayıb. Hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib, Azərbaycan BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı"na layiq görülüb.
Bununla yanaşı vurğulanıb ki, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 iyul 2020-ci il tarixli fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, ölkədə hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək DSK-ya həvalə edilib.
Daha sonra Komitə sədrinin müavini Yusif Yusifov hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər barədə iştirakçılara məlumat verib. O, bildirib ki, ilkin mərhələdə hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi hazırlanıb, Komitə onu aidiyyəti qurumlarla razılaşdıraraq təsdiq edib, növbəti mərhələdə isə aidiyyəti dövlət orqanlarından və hasilat sənayesi ilə məşğul olan müəssisələrdən göstəricilər sistemi əsasında məlumatlar toplanıb. Toplanmış məlumatların müasir texnoloji vasitələrlə istifadəçilərə çatdırılması məqsədilə “Hasilat Sənayesində Şəffaflıq” Portalı hazırlanıb. Portal hasilat sənayesi sahəsində statistik məlumatların ictimaiyyətə, o cümlədən dövlət qurumlarına, özəl sektor, elm və təhsil müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə, regional və beynəlxalq təşkilatlara çatdırılması üçün əlverişli informasiya mühiti yaratmaqla virtual körpü rulunu oynayacaq.
DSK-nın sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə Portalın təqdimatını həyata keçirib.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO