“Qala Həyat” və “Qala” Sığorta şirkətlərinin üç il istifadə etdikləri xidmət haqqı... - Agentliklə şirkətlər arasında qalmaqal
18-10-2021 [21:35]
Press Revyu İnformasiya Monitorinq Agentliyi (PRA) 17 yanvar 2018-ci il tarixindən “Qala Həyat” və “Qala” Sığorta şirkətlərinə media monitorinq xidməti göstərib.
Bu barədə Mia.az-a verilən məlumata görə, media monitorinq xidmətini hər iki sığorta şirkətinin nümayəndəsi sifariş verib.
Belə ki, 2018-ci ilin yanvar ayının əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki Sığorta Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi “Qala” Sığorta və “Qala Həyat” Sığorta şirkətlərinə Media Monitoring xidmətinin göstərilməsinə dair danışıq və müzakirələr aparıb:
"Xidmətin göstərilmə şərtlərinə dair razılıq əldə edildikdən sonra, e-mail vasitəsilə 18 yanvar 2018-ci il tarixdə müqavilənin elektron variantı göndərilib. 31 yanvar 2018-ci il tarixində “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət olunaraq, xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil olmaqla 7 nəfərə göndərilməsi xahiş edilib.
2 aprel 2018-ci il tarixində, yenə də “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən agentliyə müraciət edilərək, rəhbərliyə aid olan 3 nəfərə xidmətin çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem dərhal həll olunub, xidmət göndərilməkdə davam edib.
2021-ci ilin əvvəlində “Qala” Sığorta qrupunun 36 ay istifadə etdiyi xidmət haqqının ödəmədiyi məlum olub".
Məlumata görə, Press Revyu Agentliyi yaranmış problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət etsə də, problem öz həllini tapmayıb: "Onlar xidmətin göstərildiyini etiraf etsələr də, xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu bildiriblər. Belə ki, sözügedən sığorta şirkətlərinin adından yalnız İdarə Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin olduğunu bildiriblər. Qeyd edək ki, əməkdaşlığa başlamaqla bağlı aparılan yazılı danışıqlar barədə hər iki sığorta şirkətinin rəhbərliyinin məlumatı olub. Belə ki, e-mail vasitəsilə aparılan yazışmaların surəti həmçinin rəhbərliyə e-mail vasitəsilə göndərilib və bütün bunların arxivi agentliyin bazasında indi də qalır.
PRA problemin həll olunması üçün “Qala” Sığorta qrupuna rəsmi məktubla müraciət edib. Mənfi cavab aldıqdan sonra Bakı Kommersiya Məhkəməsində adları çəkilən sığorta şirkətlərinə qarşı iddia qaldırıb".
Qeyd olunub ki, işə baxışı hakim Həsənova Ülkər həyata keçirib:
"Xidmətin sifariş olunduğu və onun 36 ay ərzində hər iki sığorta şirkətinə gündəlik göstərildiyinə dair bütün sübutlar Məhkəməyə təqdim edilib. Sığorta Şirkətlərinə xidmətin göstərildiyi sübut olunmaqla yanaşı, hər iki sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb. Həmçinin hər iki sığorta şirkəti onu təmsil etmiş nümayəndə ilə əmək müqaviləsini təqdim etməkdə acizlik göstərib. Beləliklə 36 ay xidmətdən qanunsuz istifadə edən hər iki şirkətin, həm də, əmək qanunvericiliyini kobud surətdə pozduğu məlum olub. Yuxarıda sadalanan faktlara dair yazılı sübutların təqdim edilməsinə baxmayaraq Bakı Kommersiya Məhkəməsi “işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən cavabdehlərə göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqqının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyi” üçün iddia təmin edilməsin. Press Revyu Agentliyi Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi ilə razılaşmayaraq, işdən Apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi müxtəlif bəhanələr gətirərək, işin baxılmasını yubadır. Press Revyu Agentliyi işin gedişatı ilə bağlı media və ictimaiyyəti məlumatlandıracağını bəyan edir".
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO