Adil Əliyev Türkiyəli jurnalistləri qəbul edib
05-10-2021 [18:23]
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Ali Rza Yıldızı və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başqanı Gökhan Balcını qəbul edib.
4-oktyabrın ölkəmizin və türk-islam dünyasının tarixində xüsusi yeri olduğunu vurğulayan Adil Əliyev keçən ilin məhz bu günündə Azərbaycan Ordusunun Cəbrayıl rayonunu işğaldan azad etdiyini diqqətə çatdırıb.
Qonaqlara hazırda birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi barədə ətraflı məlumat verib. Ermənistanın 30 illik təcavüzünə son qoyulduğunu, düşmənə döyüş meydanında çox böyük zərbə vurulduğunu bildirib.
Vitse-spiker qeyd edib ki, 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ermənistan təcavüzkar siyasətini işğal altında saxladığı ərazilərdəki maddi mədəniyyət abidələrinə də tətbiq edib, tarixi abidələrə və dini ziyarətgahlara qarşı dağıdıcı və təhqiramiz siyasət həyata keçirib. Dini məbədlərimizi, məscidlərimizi tövləyə çevirib. İnanclara qarşı bu cür hörmətsizlik heç bir ölçüyə sığmır.
Milli Məclis sədrinin müavini bildirib ki, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər 27 il ərzində öz ata-baba yurdlarını tərk edərək, respublikanın 58 rayonundakı 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmaq məcburiyyətində qalıblar.
Qonaqlara bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl işğaldan azad olunduqdan, Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gedərək orada üçrəngli bayrağımızı dalğalandırıblar.
Görüşdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, Vətən müharibəsində informasiya cəbhəsində apardıqları savaşdan danışıb. Azərbaycanda baş verənlərin qardaş ölkənin mediasında önəmli yer tutduğunu, Ermənistanın təcavüzünü dünyaya çatdırmaq üçün fasiləsiz fəaliyyət göstərdiklərini bildirib.
Səmimi qəbula görə təşəkkür edən İstanbul Media Başqanı Ali Rza Yıldız qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib, bu yay Türkiyədə baş verən yanğınlar zamanı qardaş köməyinə gələn azərbaycanlılara ölkəsində çox böyük sevgi və hörmətin olduğunu vurğulayıb.
Ali Rza Yıldız media qurumlarının rəhbəri olaraq münasibətlərimizin hər zaman möhkəm qalması üçün çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində var qüvvələrini səfərbər etdiklərini bildirib.
Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb./Boyukmillet.com
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb