"Keşlə" klubu hüquqşünasın iddiası ilə bağlı bəyanat yaydı
20-09-2021 [18:13]
"Keşlə" klubu hüquqşünas Aslan İsmayılovun ittihamları ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Facebook sosial şəbəkəsində “Keşlə” Futbol Klubu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası haqqında həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun “Keşlə” FK-nın guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 23.10.2017-ci il tarixində “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilmişdir. 1 fevral 2018-ci il tarixində müqaviləyə 1 saylı dəyişiklik edilmiş, “İnter Arena”da sahələrdən isifadə üçün 13,000.00 (on üç min) manat ödəniləcəyi razılaşdırılmışdır (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).
1 mart 2019-cu il tarixindən isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27,890.00 (iyirmi yeddi min səkkiz yüz doxsan) manat borcu ödəməyi öz üzərinə götürmüş, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilmişdir (ödəniş sənədləri əlavə olunur):
01.03.2019 – 3,000.00 (üç min) manat
24.07.2019 – 5,000.00 (beş min) manat
21.10.2019 - 3,000.00 (üç min) manat
26.11.2019 - 3,000.00 (üç min) manat
15.04.2020 - 2,000.00 (iki min) manat
10.09.2020 - 1,000.00 (bir min) manat
05.08.2021 - 2,000.00 (iki min) manat
02.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 - 3,000.00 (üç min) manat
20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)
Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5800 manat olmamış, razılığa uyğun olaraq, 27,890.00 vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilmişdir.
Bir daha bildiririk ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verir, bununla da, klubumuzun işgüzar nüfuzuna xələl gətirmiş olur.
Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik".
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO