"Bazel"in baş məşqçisi Bakıda: "Bizi çətin və güclü rəqiblə matç gözləyir"
15-09-2021 [20:09]
"Bu oyuna yaxşı hazırlıq keçmişik. Rəqib haqqında məlumat toplamışıq. Mövsümə yaxşı başlamışdıq. Məqsədimizə nail olaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəldik. Çempionatda sonuncu dəfə "Luqano" ilə matçda yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Bu səbəbdən psixoloji təzyiq olacağını düşünmürəm".
Bu fikirləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Ağdam təmsilçisini özləri ilə eyni səviyyədə gördüklərini bildirib: "Onlarla eyni səviyyədə çıxış edirik. Biz də oyun ərzində topa sahib olmaq niyyətindəyik. Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək. Bizi maraqlı oyun gözləyir. Qrupda yalnız Qazaxıstan "Kayrat"ı haqqında elə də çox məlumata sahib deyiləm. Çətin qrupa düşdüyümüzü deyə bilərəm. Hamısı güclü rəqiblərdir. Kiprin "Omoniya" klubunu da unutmaq olmaz. Bizi qarşıda maraqlı görüşlər gözləyir".
Rahmen sabahkı matçda yaxşı oyun nümayiş etdirib 3 xal qazanmaq istədiklərini diqqətə çatdırıb: "Bizi çətin və güclü rəqiblə matç gözləyir. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Avropa çempionatı zamanı İsveçrə millisinin oyunlarını baxmışam. Bakı Olimpiya Stadionu çox yaxşı arenadır".
O, "Qarabağ"ın bir neçə oyununu izlədiyini vurğulayıb: "Cinahda aktiv olan futbolçuları bizə çətinlik yarada bilər. Bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Sabahkı oyun üçün səbirsizlənirik"/Report.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO