Vüqar Səfərlinin istintaqa ifadəsinin daha bir hissəsi yayıldı - Arvadının adına olan qəzetə 300 min manat ayırıb
15-09-2021 [12:59]
Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.
Qeyd edək ki, ittihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib:“Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər “Altun” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.
KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqim, qələm, çanta və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: “Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur”.
Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam arvadının adına olan “Futbol+Qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub.
O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərlə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib:
“Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaranmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib”.
Qeyd edək ki, Vüqar Səfərli dövlətə məxsus 18,5 milyon manatı mənimsəməkdə təqsirli bilinir. Eyni zamanda onun vəzifə saxtakarlığı və cinayət yolu ilə 5,7 milyon manat mənimsədiyinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulan maddi ziyanın bir hissəsi ödənilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb