Azərbaycan II MDB Oyunlarına ev sahibliyi edə bilər
06-09-2021 [14:53]
II MDB Oyunları Azərbaycanda keçirilə bilər.
Mia.az xəbər verir ki, bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsində MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov deyib.
Belaruslu funksioner bildirib ki, məsələyə sentyabrın 9-da MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının toplantısında aydınlıq gələcək. O, iclasda çox vacib məsələlərin müzakirə olunacağını əlavə edib: "Buraya ilk növbədə, II MDB Oyunlarının keçirilməsi və bu yarışın harada olma məsələsi daxildir".
Anfimovun sözlərinə görə, II MDB Oyunlarını təşkil etməyə əsas namizəd Azərbaycandır. MDB rəsmisi bunu üzv ölkələrin əlifba sırası ilə əlaqələndirib: "Yarış hər iki ildən bir əlifba sırası ilə keçirilməlidir. Bu qayda MDB ölkələri rəhbərlərinin toplantısında qəbul olunub. İlk Oyunlar niyə Rusiyada təşkil olunur? Çünki Rusiyanın özü bu təşəbbüslə çıxış edib və dövlət başçıları şurasının iclasında müvafiq qərar verilib. Bu yarış davam etdirilməlidir. Tədbirdə də bildirdiyim kimi, Rusiya tərəfinin və dövlət başçılarının təşəbbüsü ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan yarışın Kazanda keçirilməsinə razılıq veriblər.
O, növbəti Oyunların nə zaman gerçəkləşəcəyinə hələlik aydınlıq gəlmədiyini də əlavə edib: "İlk MDB Oyunlarının 2020-ci ildə keçirilməsi qərara alınsa da, pandemiya səbəbindən yarış bu il baş tutdu. Çünki bu Oyunları təşkil etmək olduqca çətin idi. Ümumiyyətlə, ilk dəfə keçirilən Oyunları təşkilİ çətin olur. Sizin üçün isə bu yarışı keçirmək qismən asan olacaq. Çünki Kazan təcrübəsinə əsaslanacaqsınız. Bizim də II Avropa Oyunlarını keçirmək təcrübəmiz var. sentyabrın 9-dakı tədbirdə MDB Oyunların nə vaxt və hansı ölkədə təşkili müzakirə ediləcək. Amma ilk olaraq, Azərbaycan və Belarus ikinci yarışa ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib. Əlifba sırası ilə getsək, Azərbaycan növbəti yarışın təşkilatçısı olmalıdır. Amma hansı qərarın qəbul olunacağını mən bilmirəm".
Qeyd edək ki, rəsmən sentyabrın 4-də start götürən I MDB Oyunları sentyabrın 11-də yekunlaşacaq.
DÇ-2026: Türkiyə yığması Kosovo sınağında (Yenilənir)
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var