Rəsmi qurumların, tanınmış siyasilərin, böyük biznes subyektlərinin yuvası: “Tik-Tok” necə önə çıxıb?
28-08-2021 [23:23]
Məhəmmədəli QƏRİBLİ
***
“Tik-Tok” sosial şəbəkəsi haqda təsəvvürüm tam başqa olub. Əvvəl bir çox adamlarda sözügedən platformanın öz ətrafında o qədər də ciddi olmayan auditoriyanı topladığı qənaəti hakimiydi. Son vaxtlar bir neçə ciddi adamın da “Tik-Tok” -da profil açdığına dair paylaşımlarına rast gəldim.
Maraq üçün bu gün bir neçə saat həmin sosial şəbəkədə araşdırma apardım. Sən demə, bizim dünyadan xəbərimiz yox imiş. “Tik-Tok” da bir çox rəsmi qurumların, tanınmış siyasilərin, böyük biznes subyektlərinin profillərinə rast gəldim.
Hətta Prezident İlham Əliyevin rəsmi profilini də gördüm.
Dostlar, demək “Tik-Tok” dünyada və Azərbaycanda tam olaraq özünü qəbul etdirməyi bacarıb. Yadımdadır ki, qabaq “Facebook” a da münasibət o qədər ciddi deyildi. İstifadəçilər statuslarımı qrammatik qaydalara əməl etmədən yazırdılar, zarafatlara daha çox rast gəlirdik.
Artıq “Facebook” tam siyasiləşmiş, olduqca ciddi bir platforma halına gəlib. Hətta bir çox ciddi media qurumlarını belə öz arxasınca aparmağı bacarır. Xəbər yayıcısı olmaqla yanaşı, həm də xəbər istehsalında avanqard rolu mənimsəyib.
Ancaq bu şəbəkədə “Tik-Tok”dakı qədər kütləvilik təmin edilmir. FB-də hər kəs özünə uyğun auditoriya seçir. Bu platformada ən radikal müxalif liderin paylaşımına maksimum min-iki min arası bəyənmə gəlir. Jurnalist nə qədər şedevr statuslar yazsa da, bəyənmə sayı zorla 100-ə çatır.
Çünki seçdiyimiz auditoriyada hamı özünü iddialı sayır, bəziləri elə bilir ki, bəyən qoysa, “avtoritetinə” ciddi zədə dəyə bilər. Əksər yazarlar isə bir-birinə paxıllıq etdiyindən , həmkarlarının postlarını bəyənmir.
Siyasətçi və jurnalistə fikirlərinin daha çox adama çatması önəmlidir. “Tik-Tok”da özünü konkret çərçivə ilə məhdudlaşdırmayan və sayı milyonlarla ölçülən “qara kütlə” var.
Həmin kütlə heç bir paxıllıq etmədən, qarşıya çıxan xoşagələn paylaşımlara qısqanmadan bəyən işarəsi qoyur. Bugünkü müşahidələrimdə bir neçə jurnalist və siyasətçinin profilindəki qısa videolara baxış sayına baxdım. Say 100 minləri keçir, hətta milyona çatanları da var.
Belə olan təqdirdə, ciddi adam niyə “Tik-Tok”da olmamalıdır?
Qısası, artıq sosial şəbəkələr arasındakı rəqabət estafetində “Tik-Tok” avantajı tam ələ alıb. Yaxın aylarda biz digər sosial şəbəkələrdən ora kütləvi axını daha aydın şəkildə izləyə biləcəyik.
Demək, ““Tik-Tok” da ancaq qeyri-ciddi adamlar olur” - deməklə bizim başımızı aldadıb, xeyli gecikdiriblər. Ağıllı adamlar orada özünə yaxşı auditoriya toplayıb. Nəzərə alın!
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb