Rövşən Rzayev xarici jurnalistlərlə görüşüb
25-08-2021 [16:27]
Qaçqınların və Məcburi Köçkünlərin İşləriüzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Uarinqa ilə görüşüb.
Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, qonaqlara qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşən insanlar böyük çətinliklərlə üzləşib, maddi itkilərə məruz qalıb, mənəvi-psixoloji sarsıntılar keçiriblər. Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək üçün daim məqsədyönlü iş aparıb.
Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdür.
Vurğulanıb ki, torpaqların işğaldan azad edilməsi və orada yaşayışın bərpası məcburi köçkünlərin ən böyük arzusu olub.
Hazırda onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparlır.
Latın Amerikası ölkələrindən gəlmiş jurnalistlər səmimi söhbətə görə təşəkkür bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq tədbirləri və məcburi köçkünlərin qayıdışa hazırlanması məsələləri ilə maraqlanıblar.
Onların suallarına ətraflı cavablar verilib. Əməkdaşlıq etdiyi media qurumlarında ölkəmiz, xüsusən işğaldan azad olunmuş ərazilərdəki dirçəliş prosesi barədə yazılarla çıxış edən kolumbiyalı jurnalist Roberto Trobaxo bir müddət bundan əvvəl də Azərbaycana gəldiyini, Gəncəyə və Şuşaya getdiyini, işğalın və dinc əhaliyə qarşı hərbi cinayətlərin ağır nəticələrini şəxsən gördüyünü xatırladaraq, bütün bunlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışdığını deyib.
Görüşdə iştirak edən jurnalistlər ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyindəakkreditə olunublar və öz ölkələrində Azərbaycanla bağlı mövzuların işıqlandırılmasındafəallıq göstərirlər. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat verib.
Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığıAbşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb