Jurnalistikaya qəbul üçün qabiliyyət imtahanı keçirilib - Açıqlama
19-08-2021 [13:02]
Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.
Mia.az xəbər verir ki, imtahandan əvvəl Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mövzular seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.
MŞ sədri Əflatun Amaşov mövzuların kifayət qədər əhatəli olduğunu vurğulayıb. O bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilir.
“Həqiqətən də jurnalistika xüsusi qabiliyyət və istedad tələb edən sahədir. Sahə eyni zamanda strateji əhəmiyyətlidir. Ölkənin informasiya təhlükəsizliyi, cəmiyyətin düzgün yönləndirilməsi kimi mühüm məsələlər var. 44 günlük Vətən müharibəsində də medianın önəmi bir daha vurğulandı. Buna görə jurnalist təhsili məsələsi son dərəcə vacibdir. Qəbulda qabiliyyət imtahanı isə bu vacibliyin təmin edilməsinin ilkin, eyni zamanda son dərəcə həssas mərhələsidir”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında ümumilikdə 700-dən çox abituriyent iştirak edib. Mətbuat Şurasının və Dövlət İmtahan Mərkəzinin birgə ekspert qrupu tərəfindən onların mövzular üzrə yazı işləri qiymətləndiriləcək. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə açıqlanacaq.
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir.
DİM-dən Mia.az-a verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
İmtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunur.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb