Ekspertlər: "O media orqanlarının fəaliyyəti bıçaq pendiri kəsən kimi kəsiləcək" - "Medianın İnkişafı Agentliyi KİVDF-dən fərqli olmalıdır”
04-07-2021 [14:49]
“Dövlət medianı inkişaf etdirmək üçün mühit yaratmalıdır. Bu, mediaya vəsait ayırmaq, jurnalistin cibinə pul qoymaq formasında olmamalıdır”.
Mia.az xəbər verir ki, media eksperti Ələsgər Məmmədli Media İnkişaf Agentliyinin (MEDİA) çap və veb-saytlar üçün keçirdiyi müsabiqəni və ayrılan pul vəsaitini şərh edərkən belə deyib.
Ələsgər Məmmədli deyir ki, media sahəsini inkişaf etdirmək üçün jurnalistin həqiqi fəaliyyət göstərməsinə maksimal şərait yaratmaq, həmçinin azadlıq mühitini formalaşdırmaq, toxunulmazlığını təmin etmək lazımdır:
“Medianın inkişafı - informasiya çıxışındakı problemləri aradan qaldırmaq, ifadə azadlığına şərait yaratmaq, qanunvericiliyi daha liberallaşdrıb, diffamativ ifadəyə görə qorxu yaratmamaq, yüksək miqdarda cərimələrə məruz qoymamaq, həbs etməmək, ona zərər verməmək və sair şərtlərdən ibarət olmalıdır. Həmçinin media savadlılığının artırılması üçün jurnalistlərin peşədaxili inkişafına təkan verən müəyyən proyektlər etmək lazımdır. Medianın İnkişafı Agentliyi KİVDF-nin doqquz il etdiyini təkrarlayır. Onda da xeyli korrupsiya hallarına yol verilmişdi. 15-20 dəqiqə tanıdıqları adamalara bəlli pullar ayrılmışdı.
Təəssüf ki, Medianın İnkişafı Agentliyi də eyni yolu davam etdirir. Heç nə dəyişmir. 39 sayta, 17 çap mediasına ayda 3 min manat ayrımaqla medianı ələbaxan edirlər. Bu, medianın inkişafını, öz ayaqları üzərində durmaq imkanlarını artırmır. Əskinə, yardım kəsilən kimi media qurumlarının fəaliyyəti də bıçaq pendiri kəsən kimi kəsiləcək. Medianın İnkişafı Agentliyi KİVDF-dən fərqli olmalıdır”
Media eksperti Arif Əliyev isə Meydan TV-yə açıqlamasında deyir ki, dövlət mediaya göstərdiyi dəstəyin fəlsəfəsini anlamalıdır: "Bizim dövlətimiz bu dəstəyin fəlsəfəsini anlamır, hesab edir ki, KİV-lərə pul verib, onları süni sürətdə yaşatmaqla, media inkişafına nail olur. Dövlət ayrı-ayrı KİV-lərə pul paylayır. Əvəzində onlardan özünə loyallıq qazanır. Uzun illər çap kütləvi informasiya vasitələrinə on milyonlar xərcləndi. Axırda gördülər ki, ordan bir şey çıxmır. İndi də saytlara üz tutublar. Bu, heç bir müsbət nəticə verməyəcək, əksinə, vəziyyəti daha da pisləşdirəcək. Yardım kəsilsə, diz çökəcəklər. Necə ki, qəzetlər o günə düşdü. Bu, sadəcə, vəsaitin öldürülməsidir”.
“Bizimyol.info” saytının rəhbəri Bahəddin Həziyev də məsələyə münasibət bildirib.
O, “Facebook”da belə paylaşım edib: “Dəstək verilən veb-saytlar arasında “Bizimyol.info” da var. Buna görə təşəkkür edirik. Düşünürəm, bu, yaxşı bir başlanğıcdır. Ümid edirik ki, seçim zamanı subyektivliyə yol verilməyib və bu iş daha da təkmilləşər. Media sahəsində dərin islahatlar daha da sürətlənər. Biz də hamılıqla bu pozitiv prosesə dəstək verməyə çalışacağıq. Məsələ ayrılan məbləğdən çox qarşıya qoyulan məqsəddədir. Məqsəd nəcibdirsə, nəticəsi mediamız üçün də, cəmiyyətimiz üçün də uğurlu olar, inşallah. Təbii ki, bu seçimlə bağlı tənqidlər də olacaq. Düşünürəm, haqlı tənqidlər, faydalı təkliflər, iradlar da nəzərə alınmalıdır və alınacaq”.
Xatırladaq ki, MEDİA-nn qərarına əsasən, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Müsabiqədə qalib olan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5 000 manat məbləğində vəsait ayrılır.
Agentlik tərəfindən maliyyələşdirilən 39 veb-saytların hər birinə isə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb