“WhatsApp” şəxsi məlumatları ələ keçirir? - Rəsmi açıqlama yayıldı
23-06-2021 [13:02]
Ani mesajlaşma və mübadilə sistemi votsapın (“WhatsApp”) istifadəçilərinin şəxsi məlumatlarının feysbuk və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur.
Mia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
“Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.
Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun pozulmamış hesab olunur.
Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar. Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, votsap bu il yanvarın 10-dan 2 milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başlayıb və istifadəçilərə fevralın 8-ə kimi yeni qaydaları qəbul etməyən smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilib. Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb olmuşdu.
Votsapın bu qərarından sonra bir sıra ölkələrin, o cümlədən Türkiyənin rəqabət qurumu feysbuka (mobil tətbiqdə istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsi ilə əlaqədar) müraciət edib. Qurumun müraciətində deyilir ki, yeni qaydalar Türkiyə vətəndaşlarının fərdi məlumatlarının qorunması ilə bağlı qaydalara ziddir və bu səbəbdən də həmin qaydalara Türkiyədən olan istifadəçilər üçün yenidən baxılsın. “Facebook” isə rəsmi açıqlamasında həmin müraciəti nəzərə alaraq şərtlərə yenidən baxacaqlarını bəyan edib.
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb