Əvəz Zeynallı hədəfini açıqladı: "Peyk televiziyası olmaq yolunda addımlayırıq..."
19-06-2021 [00:31]
Azərbaycan internet televiziyaları arasında ən çox izlənilən kanallardan olan Xural TV-nin canlı yayına başlamasından 2 il ötür. 2015-ci ilin aprel 3-də ilk video yerləşdirilən Xural TV canlı yayıma 2019-cu ilin iyunun 18-də keçib. Hazırda "Xural TV” adlı "Youtube" kanalının 93 mindən çox izləyicisi var.
Mia.az kanalın sahibi, tanınmış jurnalist Əvəz Zeynallının Azxeber.com-a müsahibəsini təqdim edir.
- Əvəz bəy, ilk olaraq sizi təbrik edirik. "Xural Tv” olaraq 2 ildə nəyə nail oldunuz?
- Təşəkkür edirəm. Biz əslində 2015-ci ildən başlamışıq. Yəni "Xural Tv” 6 ildir fəaliyyət göstərir. Amma biz son iki ildə canlı yayımlara keçdik. Bu canlı yayımlar ölkəyə çox şey verdi, Azərbaycanın müstəqil internet-televiziyalarını iki ildə çox dəyişdirdi. Əvvəl canlı yayımlar yox idi. Heç dövlət kanallarında indi də canlı yayımlar yoxdur. Amma internet-televiziyalarının canlı yayımlara keçməsi Azərbaycanı çox dəyişdi. İndi sahibkarlar, iş adamları, siyasi partiyalar, tələbələr, gənclər – hər kəs canlı yayımlarda iştirak edirlər.
- Qəzet jurnalistikasından internet-televiziyaya inteqrasiya etmək sizə nə dərəcədə çətin oldu?
- Çox çətin oldu, amma yenə də mediadır. Mən yenə də yazılı medianın əziyyətini çəkirəm. Amma bu, bizim üçün geri dönüş deyil. Biz televiziya olmaq, peyk televiziyası olmaq yolunda addımlayırıq. Yazılı mətbuatın da öz yeri, hər ikisinin xüsusi özəllikləri və çətinlikləri var.
- Bundan sonrakı planlarınız necədir, nə kimi yeniliklər etməyi düşünürsünüz?
- Biz öz yolumuzla davam edirik, planımız odur ki, televiziya olana qədər davam edəcəyik. Müstəqil tənqidçi media bərqərar olana qədər, çox möhtəşəm müstəqil media yaranana qədər də bizim yolumuz var.
- Azərbaycan mediasının bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Azərbaycan mediasının bugünkü durumunu mən belə izah edərdim: İşğaldan azad etdiyimiz Ağdam şəhərinin hazırki durumu necədirsə, Azərbaycan mediası da hazırda həmin durumdadır. Darmadağın olmuş Ağdamın, Zəngilanın, Şuşanın durumundadır. Amma toparlanmalıyıq, irəliləməliyik. Kanalları genişləndirməliyik, canlı yayımları artırmalıyıq. Medianın möhkəm bazasını qurmalıyıq. Güman edirəm ki, dövlətin yeni islahatları da bu sahədə uğurlu olacaq.
- İslahatlardan söz düşmüşkən. Yeni yaradılmış Media İnkişaf Agentliyindən gözləntiləriniz nədir?
- Biz bir neçə dəfə Media İnkişaf Agentliyinin rəhbərləri ilə görüşmüşük. Güman edirəm ki, müəyyən yeniliklər, lazımi addımlar atıla bilər. Vəziyyət çətin olsa da, düzəltmək mümkündür.
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb