Saytlara maliyyə dəstəyi: ekspertlər nə deyir?
02-06-2021 [15:24]
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi mətbuata dəstək layihəsi elan edib.
Agentliyin məlumatına görə, müsabiqədə onlayn media subyektləri, qəzetlər və onların veb-saytları iştirak edə bilər. Müəyyən şərtlər altında keçirilən müsabiqədə media qurumlarına maliyyə yardımı göstəriləcək.
Bəs ekspertlər layihə barədə nə düşünür?
Media eksperti Zeynal Məmmədli Bakıpost-a deyib ki, mətbuata bu cür dəstək göstərilməsini düzgün hesab etmir:

“Bu dəstək əgər maddi nələrinsə ayrılmasından ibarətdirsə, mən bunu nəinki yetərli, heç düzgün də saymıram. Ona görə ki, ümumiyyətlə, mediaya, onlayn da daxil olmaqla, əgər dəstək vermək istəyiriksə, sərbəst reklam bazarıyla bağlı durumu düzəltməliyik. Burada kordinal, köklü dəyişikliklər lazımdır. İndiyə qədər media-reklam bazarının həcmini bilmirik. Əlbəttə, maliyyə lazımdır. Lakin media bu maliyyəni sərbəst bazardan qazanmalıdır. Media auditoriyası hesabına, xəbəri oxuyanların sayına görə qazanmalıdır ki, reklam verənlər bilsin, hansı media qurumuna reklam verdikdə daha çox qazana bilərlər. Belə layihələr isə medianı ələbaxımlığa alışdıracaq. Layihədə hansı nüansların nəzərdə tutulduğundan məlumatsızam, amma söhbətdə maliyyə də varsa, bu, yanlış yoldur. Bu, heç bir halda medianı inkişafa gətirib çıxarmayacaq. Eyni zamanda, onlayn medianın da inkişafına heç bir faydası olmayacaq. Əksinə, onlayn medianı yanlış yola salacaq”.
Teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli qeyd edib ki, müsabiqədə əsas yenilik onlayn KİV-lərə maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır:

“Bu barədə əvvəllər də söhbətlər var idi. Təbii ki, saytlar bu yardımı almaq intizarındadır və müsabiqədə iştirak edəcəklər. Hesab edirəm ki, burada qeyri-adi heç nə baş vermir. Yazılı mediaya göstərilən dəstəyin bu dəfə onlayn mediaya aid olan formasıdır. Mahiyyət ondan ibarətdir ki, bir vaxtlar qəzetlər KİVDF-dən dəstək almaq üçün onun şərtlərini qəbul edirdilər. Bu dəfə saytlar, onlayn media bu zəncirin həlqəsinə qoşularaq, dövlətdən dəstək almaq üçün müsabiqədə iştirak edəcək. Bunun yaxşı tərəfi onlayn medianın da dövlətdən yardım almağa başlamasıdır. Mənfi tərəfi isə KİVDF-nin ayırdığı yardımlar qəzetləri hansı səviyyədə saxladısa, yardım alan saytlar da bundan sonra həmin vəziyyətdə olacaq”.
Ekspertin fikrincə, layihənin şərtləri ağırdır: “Məsələn, gün ərzində 20 original xəbər tapıb vermək indiki şəraitdə çətindir. Yəni dövlət qurumları, agentliklər, başqa saytlara istinad verilənlər yox, yalnız saytın özünün istehsalı olan, axtarıb-tapdığı məlumatlar olmalıdır. İndi informasiya mənbələrinə çıxış əvvəlkindən çox çətindir. Xüsusən dövlət qurumları mediaya məlumat verməkdə meyilli deyillər. Onlar yalnız özlərinə lazım olan, daha çox PR xarakterli məlumatlar vermək istəyirlər”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirib ki, bu layihə hər il olub, sadəcə olaraq indi yeni formadadır:

“Daha çox üstünlük veb-saytlara verilir. Yəni qəzetin veb-saytı varsa, qəzetə pul verilir, veb-sayta da əlavə pul verilir. Burada qeyri-adi nəsə yoxdur. Sadəcə olaraq, şərtlər dəyişib. Müsabiqənin müsbət və ya mənfi olması ancaq işin gedişatından asılı olacaq. Hələlik bu, mətbuata dəstək üçün elan olunan bir layihədir.
Mia.az
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb