20-12-2013 [13:18]
apa-nın Həştərxana ezam olunmuş müxbirin verdiyi məlumata görə, səfər çərçivəsində əvvəlcə L.Əliyevanın Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşü keçirilib. Görüşdə qubernator administrasiyasının rəsmiləri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də iştirak edib.
Daha sonra geniş tərkibdə keçirilən görüş zamanı qubernator Azərbaycan prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu diqqət sözlərlə deyil, həyata keçirilən iri layihələrlə özünü göstərir. Qubernator xatırladıb ki, Həştərxanda Heydər Əliyevin abidəsi, Rusiya-Azərbaycan körpüsü, Bakıda isə Bakı-Həştərxan dostluq parkı açılıb.
Moskva və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı əsasında Həştərxan və Kamızyak mitropoliti İona tərəfindən müqəddəs Knyaz Vladimirin abidəsinin yenidənqurma işlərində göstərdiyi köməyə və Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsindəki çoxsaylı töhfələrinə görə L.Əliyeva 3-cü dərəcəli "Knyaginya Olqa” ordeni ilə təltif olunub.
Mükafata görə təşəkkürlərini bildirən L.Əliyeva deyib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək. O qeyd edib ki, ərazisinin 20 faizi işğal altında olsa da, Azərbaycanda müxtəlif millətlər, dinlər arasında sülh, əmin-amanlıq mövcuddur, ölkəmizdə rus dilinin inkişafına böyük diqqət yetirilir: "Azərbaycanda tolerantlıq məqsəd deyil, həyat tərzidir”.
Daha sonra L.Əliyeva və A.Jilkin şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş "Meçta" uşaq kafesinin, Knyaz Vladimirin abidəsinin açılışlarında və uşaq bağçasının təməlqoyma mərasimində iştirak ediblər.
Səfərin sonunda L.Əliyeva Rusiya Azərbaycanlı Gəncləri Birliyinin Həştərxan bölməsinin fəalları ilə görüşüb və Heydər Əliyev adına 11 saylı orta məktəbi ziyarət edib.
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı