02-12-2013 [13:20]
Azərbaycan xalqının lazımi informasiyaları əldə etməyini təmin etmək üçün bütün əməkdaşlarını səfərbər edir. Dəyərli vaxtınızın həm də əyləncəli keçməsi üçün Simsar.az-ın səyyar mikrofon və diktafon xalq artisti, müğənni və aktrisa Qəndab Quliyevanın önündə quraşdırılıb. Səmimi və gülərüz müğənni "Dodaqqaçdı” rubrikasının qonağıdır.
Sual 1. Deyirlər həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?
- "Tarix-i Nadir”i oxumuşam hələ belə şey görməmişəm. Mən loru, savadsız adamam. Mən nə bilim?!
Sual 2. Deyirlər həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?
-Dumanlı da olub günəşli də.
Sual 3. İnsanalrdan usanıb hər şeyə yox deyərkən içinizdəki "mən”lə söhbət edirsinizmi? O "mən”, "sizə”nə deyir?
- Ürəyim, o mənə deyir ki, çox inanma. Bəzən də deyir ki, sən kiməsə niyə bu sözü dedin? Buna görə özüm özümü qınayıram. Birdən də deyirəm, əşşi heç kimlə danışmayacam. Eləcə salam-sağ ol.
Sual 4. Xoşbəxtsiniz deyilmi?
- Xoşbəxt deyəndə ki, belə də. O qədər də xoşbəxt deyiləm. Özümü o vaxt xoşbəxt hiss eliyərəm ki, balalarımın qarşısında ölərəm.
Sual 5. İtin hürdüyü karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərsiniz, yoxsa işıq gələn tərəfə?
- İt hürən tərəfə də getmək olar, işıq gələn tərəfə də. Mən it hürən tərəfə gedərdim.
Sual 6. Gözlərinizdə kədər görürəm o kədər eşqdən olmasın?
- Doğrudan da eşqli qadın olmuşam. Sevəndə böyük eşqlə sevmişəm. Var-dövlət mənim üçün önəmli olmayıb. Amma gözlərimdəki kədər eşqdən deyil. Övladım xəstədi, vətənim işğaldadır.
Sual 7. Sevincinizə kədərlənənlər çox olub, yoxsa kədərinizə sevinənlər?
- Kədərimə sevinənlər daha çox olub.
Sual 8. Deyim var: yağışı mənə anlatma yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?
- Yağış yağanda çox qorxuram. Yağış yağar, sel olar, fəlakət olar. Bunları fikirləşirəm deyə kədərli oluram. Həyatıma da yağış kimi yağanlar çox olub.
Sual 9. Gecənin qaranlığından doğan sükutun səsini eşitmisiniz?
- Gənclik illərində zəhmətkeş olmuşam. Deyirlər yorğun adam yaxşı yatır. Mən işləmişəm, yorulmuşam amma yata bilməmişəm. Oturub o qədər ulduzlara, aya baxmışam ki...
Sual 10. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapıb?
- Gəncliyim çuxurunu tapıb. Həmin çuxur çox enişli-yoxuşlu olub.
Sual 11. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı rolu var?
- Elə sual verirsiz ki, sanki aliməm(gülür). Mənə asan sual verin də. Qarabağlılar nə bilir belə-belə şeyləri (gülür).
Sual 12. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə zəncirin əvvəlini yaddan çıxarmamışdır ki?
- Guya bu asan sualdı? Bu ondan da çətin oldu. Siz bəlasız ey.
Sual 13. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?
- Mən sübhü sevirəm. Günəş çıxanda deyirəm ki, kaş yağış, qar yağmasın, külək olmasın. Eləcə günəş çıxsın. Onda elə bilirəm hər şey yaxşı olacaq.
Sual 14. Gələcək necə gələcək?
- Gələcək heç gəlməyəcək
Sual 15. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdu?
- Xeyr. Mən bildiyimi deyirəm. Gərək hər şey təmiz ola. İnsanlara yalan danışma. Dünyanı səmimilik, düzgünlük, insanlara hörmət etmək xilas edəcək
Sual 16. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var. Bəs sizin nə deməyə haqqınız var?
- Mənim deyəcəyim sözə kimdi qulaq asan?!
Sual 17. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?
- Allah saxlasın sizi. Hə, əlbəttə çəkmişəm.
Sual 18. Əsrə bərabər gününüz olmuşdur? O gün hansı özəllikləri ilə əsrə bərabərləşmişdir?
- Uşaqlıq illərimdə olub. Kənddə çəmənlikdə oturub, yuxanın arasına pendir qoyub yeyirdik, qoyun-quzuya baxırdıq, oxuyurduq. O günlər, indiki günlərin milyardına dəyər.
Sual 19. Sonun başlanğıcına inanırsınız?
- Bilmirəm. Amma olsa yaxşıdır.
Sual 20. Suallarımız sizi sıxmadı?
- Suallarınız məni sıxmadı. Amma bilin də kimə nə sual verirsiz. Siz bir qəzəli güclə əzbərləyən müğənniyə elə çətin suallar verirsiz ki...
Ülviyyə Cövdətqızı
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ