ATƏT PA-nın vitse-prezidenti: "Azərbaycan BMT-nin 27 ildir kağız üzərində qalan 4 qətnaməsinin icrasını təkbaşına təmin edib”
13-11-2020 [12:08]
Bu gün ATƏT PA-nın Daimi Komitəsinin onlayn iclası keçirilib. İclasda ATƏT PA-ya üzv olan dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, Büro üzvləri və ATƏT PA-nın xüsusi üzvləri iştirak edib.
Mia.az xəbər verir ki, görüşdə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. Çıxışına “Mən bu gün ATƏT PA-nın Daimi Komitəsində ATƏT-in ərazisindəki ən qanlı münaqişələrdən birinə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu bildirməkdən sevinc və şərəf duyuram” sözləri ilə başlayan Azay Quliyev məlumat verib ki, sentyabrın 27-də Ermənistan Respublikası Azərbaycanın münaqişə bölgəsindən çox uzaqda, mülki əhalinin sıx yaşadığı şəhər və kəndləri hədəf alaraq ölkəmizə qarşı yeni təcavüz dalğasına başlayıb.
“27 sentyabrdan etibarən Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini artilleriya və raket hücumları nəticəsində 93 dinc sakin öldürülüb, 407 nəfər yaralanıb. Ermənistan ATƏT-in ilk üzv ölkəsi oldu ki, günahsız mülki insanları kütləvi şəkildə öldürmək üçün başqa bir ATƏT üzv dövləti olan Azərbaycana qarşı qadağan olunmuş kasetli bombalar, SCUD raketləri və ağ fosfordan istifadə edib. Bunlar, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi açıq-aşkar hərbi cinayətlərdir və o, bu cür qeyri-insani əməllərə görə məsuliyyət daşımalıdır” - deyən ATƏT PA-nın vitse-prezidenti həmkarlarının diqqətinə çatdırıb ki, bu cür vəhşi hücumlara cavab olaraq Azərbaycan erməni işğalçı qüvvələrinin tam süqutu ilə nəticələnən əks-hücum və cavab tədbirlərinə start verib: “Hərbi əməliyyatların 44 günlük aktiv fazası ərzində şanlı Azərbaycan ordusu 5 böyük şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi Ermənistan Respublikasının işğalından azad etdi. Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağın incisi və dünyadakı hər bir azərbaycanlı üçün müqəddəs yer olan Şuşa şəhəri azad edilmiş şəhərlər sırasındadır. Döyüş meydanında ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistan sülh sənədini imzalamaq və tam kapitulyasiyasını rəsmən etiraf etmək məcburiyyətində qaldı.
Tarixi ədalət və beynəlxalq hüququn triumfu olan sözügedən sənədi 9 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Bu razılaşmaya görə, Ermənistan işğalçı qüvvələrini qeyd-şərtsiz şəkildə qalan daha 3 rayondan da çıxarır: 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam və 1 dekabr 2020-ci ildə isə Laçından. Bütün Dağlıq Qarabağ bölgəsi heç bir status verilmədən Azərbaycan Respublikanın ayrılmaz hissəsi olaraq qalır. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təkbaşına təmin edib”.
A. Quliyev vurğulayıb ki, Azərbaycan xalqı Ermənistan Respublikasının 30 ildir ki ərazilərimizin 20 faizində davam edən işğalının bitdiyindən, Dağlıq Qarabağın və ətrafdakı yeddi bölgənin qanuni sahibinə qaytarılmasından, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa olunduğundan çox xoşbəxtdir: “Bu, Azərbaycan xalqının, dövlətinin və Ordusunun tarixi və nümunəvi nailiyyəti və böyük qələbəsidir. İmzalanan sənədin humanitar aspektləri də böyük əhəmiyyətə malikdir. Razılaşmanın 7-ci bəndinə görə, bir milyona yaxın azərbaycanlı məcburi köçkün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdacaq.
Bütün məcburi köçkünlər və qaçqınlar geri qayıtdıqdan sonra, ermənilər və azərbaycanlılar Azərbaycan Konstitusiyasının qanuni qüvvəsi altında Dağlıq Qarabağda ləyaqətli və təhlükəsiz şəraitdə birgə yaşayacaqlar. Azərbaycan Respublikasının bütün digər vətəndaşları kimi ermənilər də eyni hüquq və imkanlardan bəhrələnə biləcəklər.
Bundan başqa, Ermənistan və Azərbaycan arasında hərbi əsirlər, girovlar və digər saxlanılmış şəxslər və cəsədlər də mübadilə ediləcək. Həmçinin, nəzərinizə çatdırıram ki, Ermənistanla Azərbaycan arasındakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması gözlənilir. Sazişin icrasına nəzarətin effektivliyini artırmaq üçün Rusiya və Türkiyə təmsilçilərindən ibarət sülhməramlı mərkəz yaradılır”.
Azay Quliyev bildirib ki, bu razılaşma və tarixi ədalətin bərpası istiqamətində uzun bir yol qət edilib.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, ermənilərin və azərbaycanlıların birgə yaşamasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı inam və anlaşmanın təmin edilməsi prioritet vəzifələrdən olacaq: “Xalqlarımızın mənafeyi naminə bölgəmizdə davamlı sülh, sabitlik və firavanlığı təmin etmək üçün əlimizdən gələni etməliyik!”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz