Vüqar Rəhimzadə: "Prezident bu dəfə dünyaya milli qürur dərsi keçdi"
02-11-2020 [17:13]
“Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqın iradəsi sayəsində döyüş meydanında qələbə yürüşünü uğurla davam etdirir, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların icrasına laqeyd yanaşdıqları BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təmin edir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabı, əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan torpaqlarımızı azad etməsi dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini çəkməklə yanaşı, bir sıra sual doğuran, daha dəqiq desək, maraqlarına uyğun məsələlərə aydınlıq gətirilməsi istəklərini ortaya qoymalarına səbəb olur. Bu istəklərin həmin dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların təmsilçilərinin qərəzli məlumatlarla “silahlandırılaraq” dövlətimizin başçısı İlham Əliyevlə müsahibələrdə öz maraqlarını suallarında ifadə etmələri diqqətdən kənarda qalmır. Əsas olan bu suallar deyil, cənab İlham Əliyevin onları əsl diplomatik məharətlə səbir və təmkinlə cavablandırması, dünyaya bir daha tarix və hüquq dərsi keçməsidir. Ölkə Prezidenti hər bir müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır, ən əsası işğalçı dövlətin bu günə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması cavabsız qalıb, təcavüzkara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Dövlətimizin başçısının hər bir müsahibəsi Azərbaycanın siyasi müstəvidə üstünlüyünün bir daha işğalçı Ermənistana və onun havadarlarına çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə İlham Əliyevin bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsindən danışaraq bildirib ki, ölkə Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi:
“Jurnalistin tarixdən xəbərsizliyi fonunda ünvanladığı qərəzli, Ermənistana dəstək ruhunda sualına cavabında dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağın Azərbaycan üçün önəmi resurslarına görə deyil, əzəli torpağı olaraq milli qürur, ədalət, beynəlxalq hüquq məsələsidir. Cənab İlham Əliyevin dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə beynəlxalq ictimaiyyətə münaqişə haqqında həqiqətləri çatdırması heç vaxt unudulmayacaq bir dərs, ən əsası bu günədək Ermənistana havadarlıq edən dövlətlərə ədalətsiz yanaşmalarının hansı dezinformasiyalara yol açdığının heç olmasa fərqində olmalarına bir çağırışdır. Təbii ki, bugünkü Azərbaycanı 1992-ci illərin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun zəifliyi, torpaqlarımızın deyil, ayrı-ayrı siyasi qrupların maraqlarının müdafiəsinə xidmət etməsi bir çox uğursuzluqlara yol açmışdı. Ən əsası Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə meydan verirdi. Amma bu gün istər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar belə bir mənzərənin yenidən yaşanmasının qeyri-mümkünlüyünün şahididirlər. Artıq indi dünya ictimaiyyəti bugünədək həyata keçirilən qərəzli təbliğata görə Azərbaycanın Dağlıq Qarabağ uğrunda onun malik olduğu potensiala görə deyil, beynəlxalq hüquq çərçivəsində ərazisi olduğu üçün mübarizə apardığını dərk etmək məcburiyyətindədir. Eyni zamanda, cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qürur məsələsidir”.
“Bu gün Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də müdrik və qətiyyətli siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Almaniya auditoriyasına bir daha Azərbaycanın ədalətli mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə çatdıran, hər bir sualın arxasında hansı qərəzin, marağın dayandığını çox yaxşı dəyərləndirən cənab İlham Əliyev Azərbaycanın yalnız ədalətin bərpası istiqamətində mübarizə apardığını əsaslı şəkildə bəyan etdi. Baxmayaraq ki, almaniyalı jurnalistin “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” şəklindəki ilk sualında onun qərəzli mövqeyi özünün aydın ifadəsini tapmışdı. Düşünürük ki, son bir ayda Azərbaycan-Ermənistan cəbhə xəttində yaşananlarla dərindən maraqlanan, ən əsası ədalətli mövqe ortaya qoymağa çalışan hər kəs kimliyindən, hansı dövləti təmsil etməsindən asılı olmayaraq tarixi bilməsə də, baş verənlərdə kimin haqlı, kimin haqsız olduğunu, ən əsası hərbi təxribatın kim tərəfindən törədildiyini dərk etmək və düzgün qiymətləndirmək imkanında olar" - V.Rəhimzadə bildirib.
Baş redaktor “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik nəzərə çarpması Azərbaycanın apardığı əsaslı, real həqiqətlərə əsaslanan təbliğatının nəticəsi olduğunu deyib:
"Adıçəkilən təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Halbuki, almaniyalı jurnalist möhtərəm Prezidentimizlə müsahibəsində guya bu təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan istifadə etməsi ilə bağlı məlumatlarının olduğu iddia edilirdi. Artıq geniş şərhə ehtiyac duymuruq. Göründüyü kimi, təsəvvür reallıq kimi qəbul olunmaq dəyərində deyil. Təbliğat o zaman güclü, uzunömürlü, ictimai fikrə təsir imkanında olur ki, tarixi faktlara, həqiqətlərə əsaslansın. Azərbaycan Ordusu qələbə əzmi ilə bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistana, ona havadarlıq edən dövlətlərə və beynəlxalq təşkilatlara sübut edir".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz