Gənc azərbaycanlı müğənni Həmid Sultan televiziyada aparıcı kimi fəaliyyət göstərəcək. Veriliş "Açar şou” adlanır, Sumqayıtın "Dünya TV” kanalında nümayiş olunacaq.

Bu barədə mia.az-a danışan müğənni deyib ki, bu şouda reperlər, mjodelyerlər, meyxanaçılar, parodiyaçılar və digər sənət sahibləri mübarizə aparacaq.

Qeyd edək ki, birinci həftə reperlər yarışıb. Münsiflər heyətinin tərkibində repin atası Anar Nağılbaz və müğənni Səidə Dadaşova olub.