“Ermənistan müharibə cinayətləri və mülki şəxsləri öldürməyə davam edir”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.
“Ermənistan uşaq-böyük demədən günahsız insanları öldürür, bu vəhşiliyə qarşı susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar işlədikləri günahlara görə cavab verəcəklər. Can Azərbaycanın hər zaman yanındayıq”, – deyə Türkiyə XİN başçısı bildirib.