Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Xatırladaq ki, Sona xanım Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.