“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

O, əlavə edib ki, Ermənistan bu cür təxribatlara getmək əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır.