Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb: "Hazırkı dövrədək ölkəmizdə 43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 368 nəfərdir".