"Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Burada məsələ ilk növbədə münaqişə tərəflərinin buna hazır olub-olmamasıdır, məhz Azərbaycan və Ermənistanın. Bölgəyə hər hansı sülhməramlıların və ya müşahidəçilərin - kim olur olsun - yerləşdirilməsi ancaq hər iki tərəfin razılığı ilə mümkündür. Hələlik biz buna cavab eşitməmişik", - deyə D. Peskov “Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent göndərməyə hazırdırmı” sualına cavabında vurğulayıb/APA.