Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

TASS xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub/Report.

Mia.az TRT-yə istinadla xəbər verir ki, telefon söhbətində Ərdoğan Ermənistanın 30 illik işğalı saxlamağa çalışdığını deyərək, bu problemin həllinin artıq birdəfəlik həllinin vacibliyini xüsusi vurğulayıb.

Məlumaat görə, Ərdoğanla Putin Azərbaycan-Ermənistan toqquşması ilə yanaşı, Suriya vı Liviyadakı vəziyyəti də müzakirə ediblər.

Mia.az