"Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
O bildirib ki, səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır: "Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”.