Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "Scud" olan ballistik raketi buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

O bildirib ki, hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib: "Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".