Bu gün 2020-ci il sülh üzrə Nobel mükafatı qalibinin adı açıqlanıb.
Mia.az xəbər verir ki, mükafat Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramına (World Food Programme (WFP)) “münaqişə bölgələrində həyatın yaxşılaşdırılmasına verdiyi töhfəyə görə, aclıqla mübarizə aparmaq səylərinə görə, aclığın müharibə və münaqişələrdə silah kimi istifadəsinin qarşısının alınmasına yönəlmiş qüvvə kimi çıxış etdiyinə görə” verilib.